loading
Rektor Quliyev Eldar Allahyar oğlu

Rektor Quliyev Eldar Allahyar oğlu

 Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru,professor,millət vəkili Eldar Allahyar oğlu Quliyev26 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 187 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirib.

  1969-cu ildə D.Bunyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuş və 1973-cü ildə iqtisadçı ixtisası almışdır.

  1973-1974-cü illərdə keçmiş SSRİ«Sentrosoyuzu»nun  Əməyin Elmi Təşkili elmi tədqiqat İnstitutunun Azərbaycan filialında iqtisadçı və Bakı Sənaye malları ticarəti idarəsində əmtəəşünas işləmişdir.

  1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olub.

  1975-1987-ci illərdə respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981-1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı kimi elmi-tədqiqat işləri ilə məşğul olub.

  1987-1990-cı illərdə «Azərittifaq»ın Bakı şəhər kooperativ ticarəti idarəsinin direktoru və onun bazasında yaradılan Bakı şəhər İstehlak Cəmiyyəti idarə Heyətinin sədri vəzifəsində işləyib.

  1990-cı ildə Azərittifaqın İdarə Heyətinin sədr müavini, 1993-cü ildən  İdarə Heyətinin sədridir.

  2011-ci  ilin avqustundan  Azərbaycan Kooperasiya Universitetinin rektorudur . İqtisad elmləri doktoru,professordur.

  II, III, IV,V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Aqrar Siyasət Komitəsi sədrinin müavinidir.

  2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilərək «Qızıl Ulduz» medalı ilə təltif olunub.

  2009-cu ildə Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş, BMT-nin Təltif Komitəsi tərəfindən «Аvropa Taclı Xidmət» ordeni ilə təltif olunub.

  2010-cu ildə İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər akademiyasının həqiqi üzvü seçilmiş və «Roma şəhərinin fəxri alimi» adına layiq görülmüşdür. 2010-cu ildə həmçinin İqtisadiyyatın inkişafındakı xidmətlərinə görə «Аtatürk Beynəlxalq Mükafatı» almış, 2011-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən «Senator Ulduzu» оrdeni ilə təltif olunmuşdur.

  18 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif olunub.

  Ailəlidir. İki övladı var.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz