loading
Tədris işləri üzrə prorektor Quliyev Fikrət Vəli oğlu

Tədris işləri üzrə prorektor Quliyev Fikrət Vəli oğlu

 23.XI.1968-ci ildə Ağcabədi rayonunda anadan olub. 1985-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) daxil olub və 1993-cü ildə "İctimai iaşənin təşkili və texnologiyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Kooperasiya İnstitutuna (indiki Azərbaycan Kooperasiya Universiteti, Bakı şəhəri) göndərilib. 1986-1988-ci illərdə Moskva Vilayətinin Noqinsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildən əmək fəaliyyətinə başlayaraq Kooperasiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, müəllim, baş müəllim və dekan müavini vəzifələrində çalışıb. 2000-ci ildən 2006-cı ilədək ETKTİ VƏ Tİ-nun dissertantı olub. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisaslaşdırılmış Dissertasiya Şurasında "Ərzaq bazarının tənzimlənməsinin prioritet istiqamətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.2008-ci ildən 01 sentyabr 2014-cü ilədək Azərbaycan Kooperasiya Universitetində "Marketinq və menecment" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 01 sentyabr 2014-cü il tarixdən " Azəriittifaq"ın İdarə Heyətinin qərarı ilə Azərbaycan Kooperasiya Universitetinə Tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir.2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantıdır. "Aqrar sənaye kompleksi müəssisələrinin marketinq fəaliyyətinin idarə olunması" mövzusunda elmi araşdırmalarını davam etdirir. 1 metodik vəsaitin, 3 fənn proqramının və 45-dən artıq elmi məqalə və tezisin müəllifidir. Rusiyanın və Ukraynanın bir çox nəşrlərində elmi məqalələrlə çıxışlar edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz