loading
Tərbiyə işləri və beynəlxalq məsələlər üzrə prorektor İsayev Abdulla Hüseyn oğlu

Tərbiyə işləri və beynəlxalq məsələlər üzrə prorektor İsayev Abdulla Hüseyn oğlu

Universitetdə təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik edir, fakültə, kafedra və digər struktur bölmələrində təlim-tərbiyə işlərini əlaqələndirir, tədris prosesində və dərsdən kənar vaxtlarda tələbələrin təlim-tərbiyəsi ilə bağlı tədbirlərin keçirilməsini təşkil edir, universitetin təlim-tərbiyə tədbirlərini digər ali təhsil müəssisələrində aparılan analoji tədbirlərlə əlaqələndirir. Xarici ölkələrin elmi və təhsil müəssisələri, beynəlxalq fondlar və qurumlarla əlaqələr yaradaraq əməkdaşlıq edilməsini, tələbələrin və müəllimlərin mübadiləsini təşkil edir. Təhsil Nazirliyinin və Azərittifaqın müvafiq təlimatlarına əməl olunmaqla və düzgün sənədləşdirmə aparmaqla xarici ölkə tələbələrinin universitetə və universitet tələbələrinin xarici ölkələrin ali təhsil müəssisələrinə köçürülməsini təmin edir. Dispetçer xidmətinə, Tələbə Gənclər Təşkilatına, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinə rəhbərlik edir.

Azərbaycan Kooperasiya Universiteti xarici ölkələrin müvafiq tədris və elmi-tədqiqat müəssisələri və qurumları ilə, habelə beynalxalq təşkilatlarla əlaqəyə girir, onlarla protokol və sazişlər bağlayır, təcrübə və kadr hazırlığı mübadiləsi aparır, birgə proqramlarda və beynalxalq tədbirlərdə iştirak edir, əməkdaşlığın başqa formlarımı həyata keçirir.

Universitetin xarici ölkələr və beynalxalq təşkilatlarla əlaqələri beynalxalq əlaqələr üzrə prorektor və onun tabeliyində olan (kurasiyasında olan) əcnəbi tələbələrin təhsili dekanlığı və beynalxalq əlaqələr şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Qanunu və digər qanunvecilik aktları, Azərbaycan Respublikasının iştitakçısı olduğu beynalxalq Konvensiyalar və müvafiq təlimata uyğun olaraq həyata keçirilir.

Universitetin beynalxalq əlaqələr sahəsində xarici ölkələrin rəsmi orqanları və Xarici İşlər Nazirliyi ilə əlaqələri Təhsil Nazirliyi vasitəsilə həyata keçirilir və koordinasiya edilir.

Beynalxalq əlaqələr üzrə prorektor birbaşa rektora tabe olmaqla Universitetin beynalxalq əlaqələrinni təşkili, əcnəbi tələbələrin təhsili və təlim-tərbiyəsi üçün cavabdehlik daşıyır.

Univesrsitetin beynalxalq əlaqələrinin strateji xəttinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsini təmin etmək üçün zəruri işlərin təşkili:

  • - Beynalxalq səviyyəli tədbirlərdə iştirak etmək üçün elmi-pedaqoji kadrların tərkibinin müəyyənləşdirilməsi, xarici ölkələrin təhsil, elm və sənaye müəssisələri ilə birbaşa əlaqələrin yaradılması, inkişaf etdirilməsi və həyata keçirilməsinin təşkili və təmini və s.

Azərbaycan Kooperasiya Universitetinin Beynalxalq əlaqələr bölməsinin vəzifələri aşağıdakılardır:

  • 1.1. Xarici ölkələrin ali məktəbləri, sənaye müəssisələri, beynalxalq və təhsil mərkəzləri, fondları və s. ilə ali məktəbin əlaqələrini yaratmaq, onlıarı rəsmiləşdirən sənədlərin layihələrini hazırlamaq və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsində institutlara, fakültələrə, kefedralarla və digər şöbələrlə birgə fəliyyətinin təşkili.
  • 1.2. Elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynalxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları ali məktəbin professor-müəllim heyətinin nəzərinə çatdırmaq və onların həmin forumlıarda iştirak edə bilməsi üçün gərəkli işlərin görülməsi.
  • 1.3. Universitetin professor-müəllim heyətinin doktorant tələbələrinin və digər əməkdaşlarının dövlət xətti və ya universitetlərarası razılşama yolu ilə ezamiyyətinin bütün formaları üzrə namizədlərin seçilməsi haqqında, fakültələrin, kafedraların və digər strukturların təklifləri əsasında vəsatət qaldırılması və onların sənədlərinin hazırlanması, ezamiyyətdən qayıdanların vaxtında hesabat vermələrinin təşkili.
  • 1.4. Xarici dövlətlərin unuversitetlərindən ali məktəblərə mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynalxalq konqreslərdə, simpoziumlarda iştirak etmək üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin, yaradıcı kollektivlərin və idmançıların qəbuluun təşkili və qeydiyyatı.
  • 1.5. Ali məktəblərdə beynalxalq protokol qaydalarına uyğun olaraq keçirilən tədbirlərin (qonaqların qarşılanması, yerləşdirilməsi, qalacağı vaxtın proqramı, müşaiyyət olunması, yola salınması və s. hazırlanması.
  • 1.6. Ali məktəblərin beynalxalq əlaqələri haqqında illik hesabatların hazırlanması və təhsilin mərkəzi idarəetmə orqanına təqdim edilməsi və s.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz