loading
  • +994125616430
  • info@aku.edu.az
  • ...............................Азербайджанского Университета Кооперации................. .............. . . .
  • .
  • .
  • .
Əmrlər

Əmrlər

Azərbaycan Kooperasiya Universitetində 2017/2018 - ci tədris ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

Azərbaycan Kooperasiya Universitetində 2017/2018–ci tədris ilinin yaz semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2018–ci il 14 may tarixli F- 354 nömrəli əmrini rəhbər tutaraq

Ə M R   E D İ R Ə M

1. Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2018–ci il 14 may tarixli F- 354 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. Tədris işləri üzrə prorektor (dos. F.Quliyev – məsul şəxs), Tədris şöbəsinin müdiri (A.Mirzəməmmədov), Daxili nəzarət xidmətinin rəhbəri (Z.C.Nazıyev), müvafiq fakültə dekanları və kafedra müdirləri;

2.1. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

2.2. Universitet üzrə, eləcə də ayrı – ayrı fakültələrdə İmtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

2.3. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

2.4. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;

2.5. Nəzərə alsınlar ki, Universitetdə və rəhbərlik etdikləri fakültə, kafedra və aidiyyəti sahələrdə baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

3.Tədris işləri üzrə prorektora (dos.F.Quliyev),rektorun müşavirinə (Q.Allahverdiyevə), tədris şöbəsinin müdirinə (dos.A.Mirzəməmmədov) və Daxili nəzarət xidmətinin rəhbərinə (Z.Nazıyevə) tapşırılsın:

3.1. Universitetdə imtahanların gedişinin monitorinqini və AKU-TV vasitəsilə yayımını təşkil etsinlər.(S.Ə.Ramazanov, İKT bölməsi-məsul şəxs);

3.2. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru və Təhsil Nazirliyini məlumatlandırsınlar;

3.3. Fakültələrdə yaz semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsinlər.

3.4.Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyev) ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Təhsil Nazirliyinə yekun hesabat hazırlanmasını təmin etsin.

4. Tədris şöbəsi (A.Mirzəməmmədov), mətbuat xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) Təhsil Nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)” və Universitetin (“Qaynar xətt” xidməti tel : 5628517) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.

5. “İnformasiya və kommunikasiya texnologiyaları” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət Ümumi işlər üzrə prorektora (T.Şükürova) həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 14 may tarixli F-354 nömrəli əmri.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz