loading
  • +994125616430
  • info@aku.edu.az
  • ...............................Азербайджанского Университета Кооперации................. .............. . . .
  • .
  • .
  • .
“Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsi

“Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsi

                                                              

Məmməd Allahverdi oğlu Nəbiyev - Azərbaycan Kooperasiya Universitetinin "Dünya İqtisadiyyatı və Kommersiya" fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Nəbiyev Məmməd Allahverdi oğlu Ermənistan Respublikası Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 1968-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnistitunun "Coğrafiya" fakültəsinə daxil olmuş, 1973-cü ildə oranı bitirmişdir.

Elmi Fəaliyyəti

2009-cu ildə "Aqrar sahənin dövlət tənzimlənməsinin regional problemləri"mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini almışdır. 2005-ci ildən Azərbaycan Kooperasiya Universitetində işləyir.Daha öncə "Gömrük İşinin Təşkili"kafedrasında b/m vəzifəsində işləyib. Hal hazırda ""Dünya İqtisadiyyatı və Kommersiya" fakültəsinin dekanıdır. O, 1 monoqrafiyanın, 13 məqalənin və 1 proqramın müəllifidir. Ailəlidir, üç övladı var.

Fakültə Haqqında Məlumat

Fakültəyə ümumi rəhbərlik dekanın sədrlik etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığını, fakültədə yerinə yetirilən Elmi tədqiqat işlərini və kafedraların maddi-texniki təminatı məsələlərini, tədris planlarını və proqramlarını, tədris- metodiki və elmi-tədqiqat işləri haqqında hesabatları, kafedraların iş planlarını, tədris və istehsalat təcrübələrinin yekunlarını, tələbələrin elmi tədqiqat işlərinin vəziyyətini müzakirə edir. Fakültə ABŞ-ın Şimali Dakota Dövlət Universiteti ilə əməkdaşlıq edir. «Dünya iqtisadiyyatı və kommersiya» fakültəsinin dekanlığında dekan, dekan müavini, metodist, metodist-tyutor və 2 operator çalışır. Dekan fakültədə tədris - tərbiyə işlərinə və elmi - tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və konfransların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətinin işinə nəzarət edir.


İxtisas kodu :

  1. 050401 - «Dünya iqtisadiyyatı»
  2. 050411 - «Kommersiya»

Fakültənin tərkibində olan Kafedralar :

  1. "Dünya iqtisadiyyatı" kafedrası
  2. "İnformatika və iqtisadi informatika sistemləri" kafedrası
  3. "Kommersiya" kafedrası
  4. "Xarici dillər" kafedrası

Fakültədə təhsil alan tələbələrin sayı : 235

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 51 (49 müəllim elmlər namizədi, dossent; 2 müəllim professor)

Fakültə üzrə illik dərs yükü : 7273 saat.

Əlaqə : VI mərtəbə, otaq 614. 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz