loading
  • +994125616430
  • info@aku.edu.az
  • ...............................Азербайджанского Университета Кооперации................. .............. . . .
  • .
  • .
  • .
“Pedaqoji” fakültəsi

“Pedaqoji” fakültəsi

                                                               

Zakir Murtuz oğlu Əliyev - Azərbaycan Kooperasiya Universitetinin "Pedaqoji" fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Əliyev Zakir Murtuz oğlu 05 fevral 1957-ci ildə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olmuşdur. 1974 - ci ildə orta məktəbi bitirmiş , 1974 -1975 - ci ildə istehsalatda çalışmış, 1975 - 1979 - cu ildə Azərbaycan Pedaqoji İnistitutunun " Tarix və İctimayyət " fakültəsində təhsil alaraq İnistitutu fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi Fəaliyyəti

1979 - 1985 - ci illərdə Cəlilabad rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini və məktəd direktoru işləmişdir.1982 - 1986 - cı illərdə A.M.E.A - nın Arxeologiya və Etnoqrafiya İnistitutunun aspirantı olmuş və oranı bitirmişdir. 1985 - ci ildən hazırki dövrə qədər AKU - da müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989 - cu ildə " VII - IX - əsrlərdə Azərbaycanda pul tədavülü " mövzusunda disertasiya işini müdafiə edərək " Tarix elmlər namizədi " adını almışdır. 1993 - cü ildə humanitar fənlər üzrə dosent elmi adını almışdır. 5 elmi əsərin, 1 monoqrafiyanın, 82 - elmi məqalənin müəllifidir. 1999 - cu ildə A.M.E.A - nın Arxeologiya və Etnoqrafiya İnistitutunun elmi şurasında " Azərbaycanda VI - X - əsrlərdə Pul tədavülü " mövzusunda doktorluq disertasiya işinin mövzusu və planı təsdiq olunmuşdur. 1993-cü ildən 2003-cü ilə qədər "Humanitar" fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər "Tarix" kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər "Magistratura" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda "Pedaqoji" fakültənin dekanı vəzifəsində çalışır. Ailəlidir 3 övladı 4 nəvəsi var.

Fakültə Haqqında Məlumat

Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bununla yanaşı fakültədə kafedralar üzrə fənn kabinentləri təşkil olunmuş və ixtisaslar üzrə kurslar yaradılmışdır. Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio ,video avadanlıqları ilə təchiz olunmuş "Tərcümə" mərkəzi tələbələrimizin istifadəsindədir. Fakültədə çoxlu sayda elmə, təhsilə marağı olan vətənpərvər, ictimaiyyətçi tələbələrimiz təhsil alırlar. Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. "Tərcümə" ixtisaslı tələbələr Qafqaz və Slavyan Universitetlərində keçirilən Beynəlxalq Tələbə Elmi konfranslarında mütəmadı iştirak etmiş, müxtəlif dərəcəli yerlər tutmuşlar. "Riyaziyyat" ixtisası üzrə tələbələr isə Bakıda dünya alimlərinin iştirakı ilə keçirilən Beynəlxalq konfransda iştirak etmiş, görkəmli alimlərlə görüşdə olmuşlar. Fakültədə təhsil alan tələbələr tədris planlarına uyğun olaraq AMEA-da, müxtəlif xarici firmalarda istehsalat təcrübəsi, məktəblərdə isə pedaqoji təcrübə keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun tədris və təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən keçirilir. Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, universitetin mədəni-ictimai işlərində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. "Tərcümə" ixtisası üzrə II kurs tələbəsi Ağayeva Gülüstan İlham qızı 2011-ci ildə Bakıda Respublika üzrə keçirilən "Bayraq" sərgisində I yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Fakültədə əlaçı tələbələrin şəkilləri şərəf lövhəsindən asılır. 2012-ci ildə Universitet daxili tələbəlararası I Bilik olimiadasında "Riyaziyyat" ixtisası üzrə 752 ci qrup tələbəsi Dəmirova Həmidə, "Tərcümə" ixtisası üzrə Əliyeva Elnarə Olimpiadanın qalibləri olmuşdur.Hər iki qalib Universitetin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Fakültənin Tələbələrimiz tez-tez Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Rusiya, Poltava , Moldava Kooperasiya Universitetlərinin Elmi konfranslarında iştirak edirlər.

İxtisas kodu :

  1. 050203 - "Tərcümə"
  2. 050501 - "Riyaziyyat"

Fakültənin tərkibində olan Kafedralar :

  1. "Pedaqogika və Psixologiya"
  2. "Fəlsəfə"
  3. "Tətbiqi riyaziyyat"
  4. "Tərcümə"

Fakültədə təhsil alan tələbələrin sayı : 296

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 34 (15 müəllim elmlər namizədi, dossent; 3 müəllim professor)

Fakültə üzrə illik dərs yükü : 12147 saat.

Ünvan : V mərtəbə, otaq 513.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz