loading
  • +994125616430
  • aku1964@mail.ru
  • ...............................Азербайджанского Университета Кооперации................. .............. . . .
  • .
  • .
  • .
“Xarici Dillər” Kafedrası

“Xarici Dillər” Kafedrası

                                                        

 

Aytən Abas qızı Hüseynova - Azərbaycan Kooperasiya Universitetinin "Xarici Dillər" kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Hüseynova Aytən Abas qızı 1982-ci ilin fevral ayının 19-da Bakı şəhərində anadan olub. 1988-ci idlə Bakı şəhərində M. Rahim adına 7saylı orta məktəbə gedərək, 1998-ci ildə oranı bitirib. Elə həmin ildə də Qərb Universitetinin “Xarici dil (ingilis) və ədəbiyyat” fakültəsinə daxil olub. 2002-ci ildə həmin fakültəni bitirib.

Elmi Fəaliyyəti

2004-cü ildə Qərb Universitetinin “Xarici dil və ədəbiyyat” fakültəsinin magistratura şöbəsinə daxil olaraq, 2006-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Qərb Universitetinin “İngilis filologiyası” kafedrasında müəllim kimi çalışmağa başlayıb. 2011-ci ildə isə Azərbaycan Kooperasiya Universitetinin “Tərcümə” kafedrasında baş müəllim kimi işə qəbul olunub. 2014-cü il fevral ayından isə rektor Eldar Quliyevin əmri ilə “Xarici dillər” kafedrasına müdir vəzifəsinə təyin edilmişdir. Magistr pilləsində təhsil aldığı zaman “LiderTV”nin “Dublyaj” redaksiyasında tərcüməçi kimi çalışmışdır (2003-2006). “Ceyms Coysun dünya ədəbiyyatında mövqeyi və rolu” (2009, Nurlan, Bakı) adlı tələbələr üçün metodik tövsiyənin, bir çox məqalələrin və fənn proqramlarının müəllifidir. 1: ”Ardıcıl tərcümə və qeydgötürmə texnikası” (2012).”Bədii tərcümə” (2012). “İngilis dili”(Qeyri ixtisas fakültələr üçün).

Hal hazırda Bakı Slavyan Universitetində “Dünya ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” kafedrasında dissertantıdır. Dissertasiya mövzusu ilə bağlı bir neçə məqalələrin müəllifidir. Dissertasiyanın mövzusu: L. Ulitskaya və R.Pilçerin yaradıcılığında həqiqi və xəyali dəyərlərin təcəssümü. “Aytən Abbas” təxəllüsü ilə 3 bədii əsərin müəllifidir (“Əsrin hökmü” (“Nurlan”, 2010), “Ehtirasın səhvi” (“Elm və Təhsil”, 2011), “Səni düşünərkən” (“Elm və Təhsil”, 2012).

Kafedra Haqqında

Kafedranın illik dərs yükü 10.947 saata bərabərdir. Kafedranın müəllimləri “Xarici dillər” fənn kabinetinin imkanlarından geniş istifadə edirlər. Kafedranın nəzdində “Xarici dil” kursları fəaliyyət göstərir. Kafedra “Humanitar fənlər”, “Biznesin təşkili dövlət və bələdiyyə idarəetməsi” və ”Tərcümə” kafedraları ilə sıx əməkdaşlıq edir.

Professor-müəllim heyəti:

✶ İ.e.n., dos. Hüseynova Aytən Abas qızı (kafedra müdiri)

✶ F.e.n., dos. əvəzi Əkbərova Tünzalə Məmməd qızı

✶ F.e.f.d., b/m. Hüseynzadə Jalə Aslan qızı

✶ F.e.n, b/m. Qacarlı Cəmilə Qurban qızı

✶ F.e.f.d., b/m. Qurbanova Gülnarə İbrahim qızı

✶ F.e.f.d., müəl. Məmmədova Təranə İsmayıl qızı

✶ b/m. Həsənova Pərvanə Sabir qızı

✶ b/m. Məmmədova Kəmalə Cavanşir qızı

✶ b/m. Babayeva Aygün Adil qızı

✶ b/m. Fərzəliyeva Sima Murad qızı

✶ b/m. Fərzəliyeva Aidə Murad qızı

✶ b/m. Məmmədova Samirə Ikram qızı

✶ b/m. Hüseynova Reyhan Abdulhüseyn qızı

✶ b/m. Həsənova Sveta Arif qızı

✶ b/m. İsgəndərova Rəna Qulam qızı

✶ b/m. Nəzirova Ulduzə Hamlet qızı

✶ b/m. Həsənova Raifə Ələddin qızı

✶ b/m. Məmmədova Yeganə Asif qızı

✶ b/m. Mahmudova Leylaxanım Bahadur qızı

✶ b/m. Hüseynova Lalə Mübariz qızı

✶ b/m. İmranova Gülxanım Zakir qızı

✶ b/m. Kərimova Çimnaz Eldar qızı

✶ müəl. Əliyeva Sevinc Arif qızı

✶ müəl. Ağayeva Vüsalə Sədrəddin qızı

✶ müəl. Zeynalova Lalə Oktay qızı

✶ müəl. İbrahimova Aygün Cəfər qızı

✶ müəl. Hüseynova İradə İsa qızı

✶ müəl. Hüseynzadə Nadirə Ənvər qızı

✶ müəl. Abbasova Müşfiqə Elxan qızı

Tədris olunan əsas fənlər (Bakalavr)

✶ İngilis dili.

✶ Rus dili.

✶ Azərbaycan dili və nitq mədəniyyəti.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz