loading
“Günahsız günahkarlar” adlı tamaşa

“Günahsız günahkarlar” adlı tamaşa

 

  01 noyabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublaikasının Gənclər və İdman Nazirliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planında insan alveri ilə bağlı maarifləndirmə tədbirlərin aparılması istiqamətində Bakı Uşaq Teatrı tərəfindən hazırlanmış “Günahsız günahkarlar” adlı tamaşası səhnəyə qoyulmuşdur. 
Tədbirdə ilk öncə Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qonaqları salamlamış və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açmışdır.
Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev, Azərbaycan Respublaikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Fərid Qurbanzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanov bildiriblər ki, insan alveri problemi ümumbəşəri problemdir. Natiqlər belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar və bu yöndə daim maarifləndirmə işlərini apardıqlarını və insanları bu bəlaya düçar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd ediblər.
Daha sonra Bakı Uşaq Teatrının aktyorlarının ifasında “Günahsız günahkarlar” tamaşası nümayiş olunub. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Ağrılı mövzu, fərqli rejissor həllinə malik tamaşa maraqla qarşılanıb.
Tələbələrin böyük marağına səbəb olan tamaşa alqışlarla qarşılanıb. Rejissor və aktyor heyəti təşkilatçılara yaratdığı şəraitə görə minnətdarlıq edib və gələcəkdə də bu cür tamaşaların rayonda səhnəyə qoyulmasını arzuladıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz