• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

 

1 iyun 2018-ci il tarixində “Holiday İnn Baku” otelində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif ölkələrdən, dəvət olunmuş tanınmış iqtisadçı alimlər və ictimai-siyasi xadimlər, respublikamızın nüfuzlu alimləri və gənc tədqiqatçılar, həmçinin Azərbaycan Kooperasiya Universitetinin professor-müəllim kollektivi və fəal tələbələri iştirak etmişlər.

Konfrans öz işinə Azərbaycan Respublikasının dövlət himinin səsləndirilməsindən sonra başlamışdır.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev “1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu bildirib. E.Quliyev Ümummilli lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb. E.Quliyev Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ulu öndərin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğulayıb. Natiq Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib.

Eldar Quliyev eyni zamanda, keçirilən konfransın mahiyyətinə toxunaraq qeyd etdi ki, “Bu gün respublikamızda hər bir vətəndaşın yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.

Son illərin təcrübəsi göstərir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırmış, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir”.

Giriş nitqindən sonra konfrans öz işini proqram üzrə davam etdirdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasında ərzaq təhlükəsizliyinin yeri və rolu: reallıqlar və perspektivlər” mövzusunda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, professor Əli Nuriyev “ Azərbaycanın müasir aqrar siyasəti zəminində ərzaq təhlükəsizliyinin istiqamətləri” mövzusunda, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov “Müstəqil Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi” və sair mövzularda alimlərin məruzələri dinlənildi. Xarici qonaqlardan, İsveçrədən professor Mehmet Şükrü Güzel, Türkiyədən professor Cengiz Güneş, Rusiyanın Kooperasiya Universitetinin rektoru, professor Sergey Qil, Poltava Dövlət Aqrar Akademiyasının rektoru, professor Valentina Arançiy, Belarusiyadan professor Svetlana Lebedeva müxtəlif mövzularda çıxışlar etdilər.

Sonra Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatı təqdim olundu.

Çıxışlardan sonra plenar iclasa yekun vuruldu. Qeyd edək ki, konfrans işini iyunun 2-də üç müvafiq bölmə və elmi istiqamətlərdə davam etdirəcəkdir.

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

BEYNƏLXALQ ELM KOMİTƏSİ
 
Sədr:                
Eldar Quliyev - Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsi sədrinin müavini, professor
 
Həmsədr:    
Ziyad Səmədzadə - akademik, Azərbaycan Respublikası Mil­li Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitə­si­nin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İq­tisadçılar İttifaqının vitse-prezidenti
 
Sədr müavini:   
Bəyalı Ataşov - Azərbaycan Kooperasiya Universitetinin  elmi işlər üzrə prorektoru, Əməkdar elm xadimi, professor

 

 

 

BEYNƏLXALQ ELM KOMİTƏSİNİN ÜZVLƏRİ
 
  1. Prof. Əli Nuriyev - Azərbaycan Respublikası Prezidenti yanın­da Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mər­kəzinin müdiri, AMEA-nın müxbir üzvü.
  2.  Prof. Əminağa Sadıqov - АМЕА Еlm idarəsinin rəisi, AMEA-nın müxbir üzvü
  3. Prof. Akif Musayev - AMEA müxbir üzvü, AMEA İqtisadiyyat İnstitutu.
  4.   Prof. Zahid Məmmədov – UNEC “Elm” şöbəsinin müdiri
  5.  Dos.Elsevər Kərimov – Azərbaycan Kooperasiya Universiteti “Doktorantura və magistratura” şöbəsinin müdiri
  6. i.f.d., dos. Elşad Səmədzadə - Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini
  7.  Prof. Sergey Qil - Rusiya Kooperasiya Universitetinin rektoru (RF).
  8.  Prof. Аleksey Nestulya - Poltava İqtisadiyyat və Ticarət Uni­ver­­site­tinin rektoru (Ukrayna).
  9.  Prof. Valentina Arançiy - Poltava Dövlət Aqrar Akademi­yası­nın rektoru (Ukrayna).
  10.  Prof. Svetlana Lebedeva - Belorusiya İqtisadiyyat və Ticarət Universitetinin rektoru (Belarus).
  11.  Prof. Vitali Teplov - Belqorod Kooperasiya Uni­ver­si­te­ti­nin rektoru (RF) .
  12. Prof. Erkara Aymaqambetov - Karaqanda İqtisad Universi­te­ti­nin rektoru (Qazaxıstan).
  13. Prof. Larisa Takalandze - Suxumi Dövlət Universiteti (Gürcüstan).
 
Konfransın Proqramı :
Proqram.pdf