loading
Azərbaycan Kooperasiya Universitetində elmi seminar keçirilib

Azərbaycan Kooperasiya Universitetində elmi seminar keçirilib

Azərbaycan Kooperasiya Universitetində universitetin Maliyyə fakütəsi Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinə müvafiq maliyyə siyasəti və onun reallaşdırılması istiqamətləri" mövzusunda elmi seminar keçirildi. Seminarda universitetin Elmi işlər üzrə prorektoru Bəyalı Ataşov, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva, Maliyyə kafedrasının müdiri Elnurə Məmmədova ilkin olaraq mövzu ilə bağlı çıxışlar etdilər. Qeyd olundu ki, "Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial–iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan vermişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunmuş, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan vermişdir.
2004–2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi
artım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır.
Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə
görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Eyni zamanda çıxışlarda qeyd olundu ki, Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində uğurlara imza atmışdır. Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək,
iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış
regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun
iştirakçılığını gücləndirmək planlaşdırılır".
Seminar gündəliyə uyğun olaraq fakültə tələbələrinin çıxışları, diskussiyaları və maraqlı təkilifləri ilə davam etdrildi.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz