loading
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov:

“22 iyul 2017-ci il tarixində saat 11-12 radələrində Azərbaycan Kooperasiya Universitetinin tədris korpusuna aidiyyatı olmayan, Nəcəf Nərimanov 30 ünvanında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxana tərəfdən idman zalında yanğın baş vermişdir. Yanğın zamanı heç bir xəsarət alan olmamış, universitetin tədris korpusuna maddi ziyan dəyməmişdir. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən qısa müddətdə söndürülmüşdür. Hadisədən sonra universitet rəhbərliyi tərəfindən baxış keçirilmiş, müvafiq tapşırıqlar verilmişdir.

Universitetin binasında yanğın olduğu barədə bəzi saytlarda gedən məlumatlar əsassız və yoxlanılmamışdır. Universitet adi iş qaydasında öz işini davam etdirir”. 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz