loading
Eldar Quliyevə BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən Avropa Xidmət Ordeni təqdim olunmuşdur.

Eldar Quliyevə BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən Avropa Xidmət Ordeni təqdim olunmuşdur.

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisadiyyat elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyevə BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən Avropa Xidmət Ordeni təqdim olunmuşdur.


Azərbaycanda böyük elmi potensial formalaşıb. Dünya şöhrətli Azərbaycanlı alimlər yetişib, gənc dövlətdə elmin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan elminin inkişafı birbaşa ölkə başçısı Cənab İlham Əliyevin diqqətindədir. Bu fikir Milli Məclisin Deputatı, Azərbaycan Kooperasiya Universitetinin Rektoru Eldar Quliyevin Elm və Təhsil sahəsində xidmətlərinə görə BMT-nin ictimai mükafatlar şurasının Beynəlxalq mükafatlar komitəsi tərəfindən Avropa Xidməti ordeni ilə təltif edilməsi tədbirində səsləndirilib.
Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması Ümummilli Lider Heydər Əliyevin milli inkişafın istiqamətlərini düzgün müəyyənləşdirərək, elmin, təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olub. Bunu deyən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov azərbaycanlı alim Eldar Quliyevə verilən yüksək mükafatın elmimizə dəyərli töhfə olduğunu bildirib. Səfir Azərbaycan Prezidentini elm təhsil mədəniyyət sahələrinin inkişafına göstərdiyi qayğıdan, bu istiqamətdə ölkəmizdə keçirilən ardıcıl tədbirlərdən, qəbul olunan qərarlardan danışıb. Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar Şurasının İsveçrə nümayəndəsi professor Mehmet Şükrü Azərbaycanda böyük elmi potensialın formalaşdığını, dünya şöhrətli azərbaycanlı alimlərin yetişdiyini, gənc dövlətdə elmin inkişafına xüsusi diqqət yetirildiyini böyük uğurlar əldə olunduğunu deyib. Mehmet Şükrü Eldar Quliyevin ərzaq təhlükəsizliyi məsələlərindən bəhs edən elmi işinin əhəmiyyətini vurğulayıb. Avropa Xidməti Ordeni Eldar Quliyevə təqdim olunduqdan sonra çıxış edən mükafatçı elmi fəaliyyətinə verilən yüksək qiymətə görə BMT-nin İctimai Mükafatlar Şurasına minnətdarlığını bildirib. Eldar Quliyev çıxışında qeyd edib ki, bu mükafat ümumilikdə, Azərbaycan elminə verilmiş beynəlxalq dəyərdir. Elmimizin inkişafı isə birbaşa Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər daim rəhbərlikdə olduğu illərdə elmin inkişafına böyük qayğı göstərmiş, elm adamlarına dövlətin qayğısını ən yüksək səviyyəyə çatdırmışdır. Bu gün əsası dahi rəhbər tərəfindən qoyulmuş siyasət, onun layiqli davamçısı prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gənc alimlərin yetişdirilməsi prosesi sürətlənmiş, alimlər daim xüsusi dövlət qayğısı ilə təchiz olunmuşdur. Bütün bunlar isə, nəticədə Azərbaycan elminin yüksək inkişafına gətirib çıxarmışdır.
Qeyd edək ki, mükafatın təqdimolunma mərasimi Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar Şurasının İsveçrə nümayəndəsi professor Mehmet Şükrü, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları, Almaniyanın və Avropanın elm adamları iştirak etmişdir.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz