loading
Təhsilimizin dünəni, bu günü və sabahı

Təhsilimizin dünəni, bu günü və sabahı

Təhsilimizin dünəni, bu günü və sabahı mövzusunda

13 oktyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Təhsilimizin dünəni, bu günü və sabahı" mövzusunda Təhsil şurasının sədri, tanınmış təhsil eksperti, professor Əjdər Ağayevlə gənclərin görüşü keçirilmişdir. Görüşdə, giriş sözü ilə çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Abdulla İsayev bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.Azərbaycanın təhsil səhəsində keçdiyi yolu təhlil edərkən, ilk öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi yaddaş isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı. Məhz ümummilli lider Heydər Əliyev 1970-80-ci illər də SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərmişdir. Bütün görülən bu işlər Azərbaycan xalqının gələcəyi və gəncliyi üçün idi. Çünki ulu öndər Heydər Əliyev hər zaman bütün sahələrə olduğu kimi, gənclərə və gənclərin təhsilinin yüksək səviyyədə olmasına böyük qayğı və diqqət göstərib. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlmişdi. Həmçinin, həmin illər də ölkə ərazisində orta və ali məktəblərdə çalışan müəllimlərin öz ixtisasları üzrə daha da təkmilləşməsinə və yüksək səviyyədə tədris metodlarına yiyələnmələri üçün seminarlar hazırlanırdı və təbii ki, bu seminarlar onların fəaliyyətində öz müsbət təsirini göstərirdi. Sonra tanınmış təhsil eksperti, professor Əjdər Ağayev çıxış edərək dedi ki, Şübhəsiz ki, Azərbaycan təhsilinin keçmişini və bugününü təhlil edərkən, təhsil tarixini mərhələlərə bölməklə müxtəlif zamanlarda hansı işlərin görülməsi və görülən bu işlərin təhsilimizin durumunda nə dərəcədə rolu olmasını daha aydın göstərmək olar. Müstəqil Azərbaycanın təhsil sistəmindəki nailiyyətləri də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ölkəmizi çətin vəziyyətlərdən xilas edən ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu. Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda, görürük ki, təhsil sahəsində müxtəlif çətinliklər, problemlər yaşanırdı. Bu problemlər məktəblərin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunları nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda bu işlər davam etdirilir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Belə ki, cənab Prezident İlham Əliyev təhsillə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalayıb. Bu gün Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafa həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir. Sonda Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov da çıxış edərək bildirdi ki, dəyərli alim Əjdər Ağayevin AKU tələbələri ilə görüşü çox əhəmiyyətli və məhsludar bir haldır və gənclərə böyük faydası vardır. O, universitetin tələbələri adından alimə dərin minnətdarlığın bildirdi. Sonra isə tələbələr onları maraqlandıran suaları alimə ünvanladılar.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz