loading
Uşaqlar evini ziyarət

Uşaqlar evini ziyarət

Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin kollektivi iki gün - 29 və 30 oktyabr tarixlərində uşaqlar evini ziyarət etdilər.

Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin kollektivi iki gün - 29 və 30 oktyabr tarixlərində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar evini və Saray qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar evini ziyarət edib.

 

Universitetin mətbuat xidmtəindən  verilən məlumata görə, hər iki təhsil müəssisəsi ziyarət zamanı müəyyən qədər sovqat aparıb və tələbələrdən ibarət özfəaliyyət dərnəyinin proqramı ilə oyunlar, yarışlar və musiqi nömrələri nümayiş etdirilib.

 

Artıq bir neçə dəfədir ki, bu tip xeyriyyə tədbirləri həm universitet, həm də kollec tərəfindən mütəmadi olaraq həyata keçirilir. Xeyriyyə tədbirinin həyata keçirilməsi Azərbaycan Kooperasiya Unversitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib.

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz