Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
BİLDİRİŞ

BİLDİRİŞ

 

Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadçılar İttifaqının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə 01 iyun 2018-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını rəhbər tutaraq, keçiriləcək konfransda Xalq Cumhuriyyətinin varisi olan müasir Azərbaycanın uğurlu iqtisadi siyasəti nəticəsində ölkədə ərzaq təhlükəsizliyinin etibarlı təminatı və aqrar sahənin perspektiv inkişafı məsələləri müzakirə olunacaqdır. Konfransda iştirak etmək istəyənlər tezislərini 2018-ci ilin may ayının 10-na kimi təşkilat komitəsinə (Doktorantura və magistratura şöbəsi, E.N.Kərimov) təqdim edə bilərlər.

 

Yazı qaydaları

 

1. Məruzə və tezislərdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri və elektron ünvanı bildirilməlidir.

 

2. Məruzə və tezisin mətni 5 səhifədən (A4) çox olmamalıdır. Məruzə və tezislər 12 ölçüdə 1,5 intervalla Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 25mm, aşağıdan 20mm) boşluq buraxmalıdır. Tezislərə azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər verilməlidir.

 

3. Məruzə və tezislərdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır.

 

4. Konfransa təqdim olunacaq tezislər azərbaycan, rus və ya ingilis dillərindən birində olmalıdır. İstinad və istifadə olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn, 1, səh.15)

 

5. Konfransa göndərilən tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Konfransın materialları ayrıca kitab şəklində çap olunaraq müəlliflərə paylanacaqdır.

 

6. Mövzuya aid olmayan və tələblərə cavab verməyən tezislər icraata qəbul edilməyəcək.

 

Təşkilat komitəsi

 

 

Əlaqə üçün məlumatlar

 

Ünvan: AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küç.93

 

Telefon: (99412) 562-25-43, (99412) 562-74-24 Faks: (99412) 561-41-34

 

E-poçt: aku1964@mail.ru, elsever.kerimov@mail.ru