Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub

Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub

Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə universitetdə "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans öz işinə Dövlət himnin sədaları altında başlayıb. Konfransın proqramı elan olunduqdan sonra universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək gələn qonaqları, almiləri və bütün konfrans iştirakçılarını universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyevin adından salamlayaraq konfransın işinə uğurlar arzuladı. AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev də çıxış edərək Kooperasiya Universitetində belə böyük tədbirin ərsəyə gəlməsinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, AMEA-nın Elm Tarixi İnstitutu bundan sonra da universitetlə müxtəlif mövzularda elmi seminarların, konfransların keçirilməsində maraqlıdır. Açılış nitqlərindən sonra konfrans proqram üzrə davam etdirildi. Çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövrdə qəbul etdiyi normativ hüquqi aktlar, AXC-nin Daxili İşlər orqanlarının fəaliyyəti, AXC dövründə dövlət quruculuğunda iqtisadi inkişaf məsələləri, AXC-nin vergi sistemi və sair kimi mövzular ətrafında ətraflı çıxışlar, təqdimatlar etdilər.