loading
Azərbaycan Kooperasiya Universitetində elmi seminar keçirilib

Azərbaycan Kooperasiya Universitetində elmi seminar keçirilib

Azərbaycan Kooperasiya Universitetində universitetin “Maliyyə” və İqtisadiyyat” fakültəsinin təşkilatçılığı ilə “Strateji yol xəritəsinin tələbləri baxımından milli iqtisadiyyatın inkişaf perspektivləri" mövzusunda elmi seminar keçirilmişdir. Seminarda universitetin Elmi işlər üzrə prorektoru, professor Bəyalı Ataşov, Tədris işləri üzrə prorektor, dosent Fikrət Quliyev, Maliyyə fakültəsinin dekanı, dosent Səbinə Vəliyeva, İqtisadiyyat fakültəsinin dekanı, dosent Elşən İbrahimov, Maliyyə və bank işi kafedrasının müdiri Elnurə Məmmədova, İqtisadi təhlil kafedrasının müdiri Vilayət Mirzəyəv və universitetin müxtəlif fakültələrindən olan tələbəli iştirak etmişdir.

Elmi seminarın mahiyyəti barəsində çıxış edən çıxışçılar, Professor Bəyalı Ataşov, Fikrət Quliyev, Səbinə Vəliyeva, Elşən İbrahimov və tələbələr çıxışlarında qeyd etdilər ki, “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi olaraq ÜDM ilbəil artır. Cənab Prezidentin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı həm 2020-ci ilə qədər iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı, həmdə 2025-ci ildən sonrakı dövr üçün hədəfləri müəyyənləşdirdi. Dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi məsələlərin əsas plana çəkilməsini zəruri edir.

Strateji baxış Azərbaycanın artırılması əsasında milli iqtisadiyyatın rəqabət fəaliyyətinin artırılması və qlobal dəyər zəncirlərində özünəməxsus mövqeyin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Bu strateji yol xəritəsi ölkə əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir. İqtisadi siyasətin əsasını ölkədə maliyyə stabilliyinin saxlanılması təşkil edir. Eləcədə davamlı rəqabət qabiliyyətli qeyri-neft sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta gətirəcək ölkə brendindən ibarət olan məhsulların istehsalının artırılması, bununla belə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanların sosial müdafiəsinin artırılması iqtisadi siyasətin əsasında dayanır”.  

Sonda iştirak edən tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldı.


 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz