• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Elmi şuranın 2018-ci il üzrə ilk iclası keçirilmişdir

Elmi şuranın 2018-ci il üzrə ilk iclası keçirilmişdir

Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir. Universitetin mətbuat xidmətinin məlumatına görə, 15 fevral 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasının yekunları, yeni semestrin başlanması və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, Millət vəkili professor Eldar Quliyev ölkə tarixində kifayət qədər əhəmiyyətli tarixi hadisə olan 11 apreldə keçiriləcək Prezident seçkləri il bağlı çıxış edərək bildrdi ki, "Müasir, dünyəvi bir dövlətə çevrilmiş bu günkü gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkə Prezidenti Cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan iqtisadi cəhətdən rəqabətqabiliyyətlidir. Hazırda Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq Ali Baş Komandan İlham Əliyevin bir göstərişi ilə işğal altındakı torpaqları bir neçə gün ərzində azad etmək iqtidarındadır. Lakin biz həmişə sülh tərəfdarı olmuşuq. İki il öncə aprel ayında Azərbaycan Ordusunun hərbi uğurları çox mətləblərə aydınlıq gətirdi. İlham Əliyevin rəhbərliyi altında yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu gücü, bu qüdrəti Azərbaycana məhz, Ulu Öndər Heydər Əliyev siyasəti və bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyev bəxş etdi. Qədirbilən Azərbaycan xalqı bütün bunları çox gözəl bilir və qiymətləndirir. Xalq heç şübhəsiz ki, 11 apreldə yenidən öz alternativsiz liderinə Cənab İlham Əliyevə etimad göstərəcək! Sonra rektor ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi. Qeyd etdi ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir. Sonra isə 2017/2018-ci dərs ili qış imtahan sessiyasının yekunları və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi vəzifələri barədə universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev məruzə ilə çıxış etdi. Məruzədən sonra universitetin qiyabi şöbəsinin müdiri Xanoğlan Hüsynov qiyabi təhsildə tədrisin təşkil və laboratoriya-imtahan sessiyasının gedişi barəsində çıxış etdi. Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.A.Quliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O bildirdi ki, qış imtahan sessiysının yekunlarına görə yekun qiymətləndirməyə nəzər salsaq ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbətə doğru irəliləmişdir. Bu isə bizim üçün yeni çağırışlar ortaya çıxarır ki, biz növbəti illərdə işimizi daha möhkəm qurmalı, universitetimizin potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da yüksək templə çalışmalıyıq.