loading
2016/2017-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün imtahan qərargahının yaradılması və Apelyasiya komissiyasının təşkili haqqında

2016/2017-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün imtahan qərargahının yaradılması və Apelyasiya komissiyasının təşkili haqqında

Universitetdə 2016/2017-ci tədris ilinin payız semestrinin qış

 imtahan sessiyası üçün imtahan qərargahının yaradılması və Apelyasiya komissiyasının təşkili haqqında

 

Azərbaycan  Respublikası Təhsil  Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2015-ci il 15 dekabr tarixli 1119 nömrəli əmrinin müvafiq bəndlərinə  və  Rektoryanı şuranın qərarına uyğun olaraq

 Ə M R  E D İ R Ə M :

1.2016/2017–ci dərs ili payız semestrinin  qış imtahan sеssiyasının keçirilməsində və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə Universitetdə aşağıdakı tərkibdə  İmtahan qərargahı və Apelyasiya komissiyası yaradılsın:

        1.1.dos.F.V.Quliyev – Tədris işləri üzrə prorektor – sədr

        1.2.prof.A.H. İsayev -Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektor, üzv

        1.3.dos.A.Z.Mirzəməmmədov – Tədris şöbəsinin müdiri, üzv

        1.4.Z.C.Nazıyev – Daxili nəzarət xidmətinin rəhbəri, üzv

        1.5.Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv

2.Tapşırılsın imtahan qərargahı və Apelyasiya komissiyanın sədrinə (dos.F.V.Quliyevə) ki, Tədris şöbəsi (A.Z.Mirzəməmmədov) və Daxili nəzarət xidmətinin rəhbəri (Z.C.Nazıyev) ilə birlikdə:

2.1. imtahanların aparılmasında şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə AKU – TV imkanlarından istifadəni, fənni tədris edən müəllimlərlə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan 2 nəfər nəzarətçinin iştirakını təmin etsin;

2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin cavab blanklarının kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən imtahan qərargahında  yoxlanılaraq  qiymətləndirilməsini  təmin etsin;

2.3. imtahan qərargahı və Apelyasiya komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını  və onların məsuliyyətini müəyyən etsin.

3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.

          4. “İKT” sektoru (R.Nağıyev) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.

           5. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.V.Quliyevə) həvalə edilsin.

         Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin 2015-ci il 15 dekabr tarixli 1119  nömrəli əmri və Rektorun göstərişi.

 

 

      

           Rektor                                                prof. Eldar Quliyev                                                



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz