• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Professor Eldar Quliyev BMT-nin İctimai Mükafatlar üzrə Şurasının “Elm və sülhməramlı səfiri” fəxri adına layiq görülüb.

Professor Eldar Quliyev BMT-nin İctimai Mükafatlar üzrə Şurasının “Elm və sülhməramlı səfiri” fəxri adına layiq görülüb.

Professor Eldar Quliyev BMT-nin İctimai Mükafatlar üzrə Şurasının “Elm və sülhməramlı səfiri” fəxri adına layiq görülüb. Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adına layiq görülüb. Bununla əlaqədar təqdimat mərasimi iyunun 1-də Bakıda təşkil ediləcək beynəlxalq elmi konfrans çərçivəsində keçiriləcək. Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb. Çağdaş dövrümüzdə bəşəriyyəti narahat edən əsas məsələlərdən biri olan qlobal ərzaq təhlükəsizliyi xüsusilə də ərzaq təhlükəsizliyinə görə həssas ölkələrdə sülhü hər vəchlə qorumağa nail olmaq baxımından vacib amildir. Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Bu baxımdan professor Eldar Quliyevin araşdırmaları, ərzaq təhlükəsizliyinə dair tədqiqatları, elmi baxışları, fikir və mülahizələri diqqəti cəlb edir. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitab da məhz qlobal miqyasda ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunub. Kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yolları elmi əsaslarla göstərilib.