loading
Professor Eldar Quliyevin qlobal ərzaq təhlükəsizliyindən bəhs edən kitabının Romada təqdimatı keçiriləcək

Professor Eldar Quliyevin qlobal ərzaq təhlükəsizliyindən bəhs edən kitabının Romada təqdimatı keçiriləcək

Noyabrın 11-də İtaliyanın paytaxtı Romada Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçiriləcək. Tədbirdə Vatikanın Bonifasiana Akademiyasının nümayəndələri tərəfindən professor Eldar Quliyevə bu akademiyanın həqiqi üzvü (akademik) diplomu təqdim ediləcək. Həmçinin BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Azərbaycan Kooperasiya Universitetinin rektoruna “İlin kitabı” beynəlxalq mükafatını təqdim edəcək. Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı bu yaxınlarda BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb. Kitab Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilib.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz