loading
Rektor Açıq dərslərdə iştirak etdi, dərsləri dinlədi

Rektor Açıq dərslərdə iştirak etdi, dərsləri dinlədi

24 noyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində müxtəlif mövzularda “açıq dərslər” təşkil olunmuşdur.

Açıq dərslərdə universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev iştirak etmişdir. Açıq dərsləri Əmtəəşünaslıq və ekspertiza kafedrası və Ekologiya və coğrafiya kafedraları təşkil etmişdir. Universitetin ekspertiza və əmtəəşünaslıq labaratoriyasında baş tutan dərsdə kafedra müdiri, professor Vilayət Əliyev və tələbələri “Soyuq hislənmiş balıqlar və onların ekspertizası” mövzusunda çıxış etmişlər. Mövzu ilə bağlı geniş çıxışlardan sonra tələbələr arasında diskusiya təşkil olundu. Tələbələr öz biliklərini həm nəzəri, həm də praktiki cəhətdən tətbiq edərək mövzunu ətraflı şəkildə təhlil etdilər. Dərsin təşkili və tələbələrin intellektual araşdırma qabiliyyətləri isə açıq dərsdə iştirak edən digər müəllimlər, xüsusilə də rektor Eldar Quliyev tərəfindən böyük rəğbətlə qarşılandı. Rektor dərsin yüksək səviyyədə təşkil olunmasına görə fənn müəlliminə təşəkkür etdi və tələbələrə öz tövsiyyələrini bildirdi. 
Sonra rektor E. Quliyev Ekolologiya və coğrafiya kafedrasının dosenti Ülkər Mahmudovanın təşkil etdiyi “Cənubi Afrika Respublikasının iqtisadi-coğrafi xarakteristikası” mövzusunda keçirilən açıq dərsdə də iştirak etdi. Müəllim Ü. Mahmudova mövzu ilə bağlı ətraflı çıxış etdikdən sonra tələbələr müxtəlif slaydlarla çıxış etdilər. Onlar dərsin ümumi mahiyyətini dolğun şəkildə təhlil etdilər və sonda tələbələr arasında maraqlı diskusiya təşkil olundu. Bundan sonra tələbələrin dərsdəki aktivliklərinə görə qiymətləndirmə aparıldı. Qeyd edək ki, bu açıq dərs də iştirakçılar tərəfindən bəyənildi. Universitetin rektoru professor Eldar Quliyev dərsin səviyyəsini yüksək qiymətləndirərək müəyyən tapşırıqlarını verdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz