loading
Hərəyə bir bayraq adlı aksiya keçirilmişdir.

Hərəyə bir bayraq adlı aksiya keçirilmişdir.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirilmişdir. 

 

8 noyabr 2016-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirilmişdir. 
"Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə Gənclər Təşkilatının fəalları dərsə gələn tələbələrə və müəllimlərə müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik etdilər. Bu aksiyanı keçirməkdə məqsəd gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da qabartmaq, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. 
Qeyd edək ki, aksiya universitetin tələbələri və müəllimləri tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz