loading
Eldar Quliyev açıq dərsdə iştirak etdi.

Eldar Quliyev açıq dərsdə iştirak etdi.

13 dekabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev “Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi” kafedrasının təşkil etdiyi açıq dərsdə iştirak etdi. “Regional idarəetmənin təşkilati vasitələri, proqnozlaşdırma, proqramlaşdırma və məqsədli proqramların mahiyyəti,
məqsədi və vəzifələri" .mövzusunda keçirilən açıq dərsdə fənn müəllimi Füruzə Əliyeva dərs haqqında məlumat verdikdən sonra tələbələr dinlənildi. Çıxış edən tələbələr dərs haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, Proqnozlaşdırma strateji planlaşdırma və məqsədli proqramların işlənib hazırlanması və tətbiqi, demokratik dövlətlərdə iqtisadiyyata dövlət müdaxiləsinin geniş yayılmış ümumi vasitələrindəndir. Hökümət sosial-iqtisadi inkişafın strateji plan, proqram və proqnozların işlənməsi qaydalarını müəyyənləşdirir. Proqnozlar bazar münasibətlərinin inkişaf qanuna-uyğunluqlarını əldə rəhbər tutaraq iqtisadiyyatın əsas səlahiyyətlərinin regionların perspektiv inkişaf istiqamət-lərinin elmi əsaslarla sistem halında müəyyənləşdirilməsini nəzərdə tutur. Ümumiyyətlə plan konkret ərazidə olan çoxsaylı iqtisadi və sosial subyektlərin mənafe və fəaliyyətlərinin tamamilə və ya qismən razılaşdırılmasını və əlaqələndirilməsini nəzərdə tutur. Planın işlənib hazırlanması dövlət büdcəsindən və digər mənbələrdən maliyyə və digər vəsaitlərin alınmasını zəruri edir və nəzərdə tutur. Onun yerinə yetirilməsinə məsuliyyət daşıyan subyekt olmur və maliyyələşmə mənbələri nəzərə alınmır. Adətən proqnozlaşdırma regionda iqtisadiyyatın gələcək ehtimal olunan inkişaf istiqamətləri haqqında müəyyən təsəvvür yaratmaq məqsədi daşıyır, müxtəlif müddəalar üçün hazırlanır. Proqnozlaşdırma, planlaşdırma və məqsədli proqramların hazırlanması istifadəsi kifayət qədər inkişaf etməmiş ölkələrdə nisbətən geniş yayılmış, sonrakı dövrdə strateji planların, məqsədli proqramların hazırlanması və istifadəsinə keçid üçün zəmin yaradır. Məruzələrdən sonra tələbələr onlara verilən sualları cavablandırdılar.
Sonra universitetin rektoru, professor Eldar Quliyev dərsə müəyyən əlavələr edərək bildirdi ki, "statistika sübut edir ki əhalinin ərzaqla təminatı sahəsində acınacaqlı vəziyyət Asiya, Latın Amerikası, Afrika ölkələrində qalmaqdadır. BMT-nin məlumatlarına görə kəskin ərzaq böhranı XXI əsrin əvvələrində 50 inkişaf etməkdə olan ölkələrdə gözlənilir ki bunlardan da 800 milyon nəfərin aclıq vəziyyətində olacağı proqnozlaşdırılır. Bütün yuxarıda qeyd olunanlar hər bir ölkənin əhalisinin ərzaq təhlükəsizliyi ilə təmin olunmasını şərtləndirir. Bu baxımdan ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında Ərzaq təhlükəsizliyinin təmin olunması haqqında” 2 aprel 2001-ci il tarixli Sərəncamı mühüm aktuallıq kəsb edir. Planlı sosialist iqtisadiyyatı öz ömür müddətini başa çatdırdıqdan sonra hər bir postsovet ölkələri o cümlədən Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991-ci il) bazar iqtisadiyyatına keçid Azərbaycan Respublikasına siyasi-iqtisadi sosial vəziyyətində ciddi dəyişikliklər disproporsiyalar yaratdı. Sənaye müəssisələrinin 64%-i Abşeron iqtisadi zonasına başqa sözlə Bakı və onun aqlomerasiyasının qalan 36%-i isə regionların payına düşmüşdür. Bunun nəticəsi olaraq iqtisadi regionların əmək qabiliyyətli əhalisinin paytaxta axınına səbəb olmuşdur. 
Bütün bunları nəzərə alaraq 11 fevral 2004-cü il tarixdə Respublika Prezidenti Cənab İlham Əliyev (2004-2008-ci illəri əhatə edən) «Azərbaycan Respublikası Regionların Sosial-İqtisadi inkişafının sürətləndirilməsi haqqında» Dövlət Proqramına dair fərman imzaladı. Bu proqramın davamı olaraq 2009-2013-cü illəri əhatə edən və 2014-2018-ci illərə dair dövlət proqramları qəbul edildi və hazırda 3-cü proqram reallaşır".
Mövzu ilə bağlı geniş çıxışlardan sonra tələbələr arasında diskusiya təşkil olundu. Tələbələr öz biliklərini həm nəzəri, həm də praktiki cəhətdən tətbiq edərək mövzunu ətraflı şəkildə təhlil etdilər. Dərsin təşkili və tələbələrin intellektual araşdırma qabiliyyətləri isə açıq dərsdə iştirak edən digər müəllimlər, xüsusilə də rektor Eldar Quliyev tərəfindən böyük rəğbətlə qarşılandı. Rektor dərsin yüksək səviyyədə təşkil olunmasına görə fənn müəlliminə təşəkkür etdi və tələbələrə öz tövsiyyələrini bildirdi.

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz