loading
Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir.

Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir.

21 dekabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, professor E.A.Quliyev ilkin olaraq bütün kollektivi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdi. İclas gündəlikdəki məsələlər üzrə davam etdirildi. İlkin olaraq çıxış edən rektor, professor Eldar Quliyev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı, Prezident Cənab İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi. Qeyd etdi ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir. Sonra Tədris işləri üzrə prorektor Fikrət Quliyev geniş hesabatla çıxış edərək bildirdi ki, tədris prosesində müvəffəqiyyətin əldə edilməsi üçün universistetin bütün struktur bölmələrinin ahəngdar işi təmin olunmalıdır. Son dövrlərdə hörmətli rektorun bu istiqamətdə məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsidir ki, universitetimizin maddi-texniki bazası gücləndirilmiş, tədris məşğələlərinin interaktiv təlim üsulları ilə təşkili üçün zəruri şərait yaradılaraq əlverişli təhsil mühiti formalaşdırılmışdır. Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili birinci yarımilinin başa çatması üçün müvafiq əmr ( 17 noyabr 2016-cı il tarixli 216 saylı) rektor tərəfindən imzalanmış və cari dərs ilinin ikinci yarımilinin 2016-cı il 28 dekabr tarixdə başa çatması rəsmiləşdirilmişdir. Qış imtahan sessiyası 2016-cı il dekabrın 29-dan 2017-ci il 01 fevraladək keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə 2015-ci il 15 dekabr tarixli 1119 saylı əmrinin icrası və Universitetdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr rektor tərəfindən imzalanaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2016-ci il tarixli müvafiq əmri icra və rəhbərlik üçün qəbul edilmiş, struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Universitetdə 2016/2017-ci dərs ili payız semestrinin imtahan sessiyasının keçirilməsində və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə rektorun əmri ilə “ İmtahan qərargahı” və Apellyasiya Komissiyası yaradılmışdır. Eyni zamanda əmrlə fakültələr üzrə də Apellyasiya Komissiyaları yaradılmışdır. Tədris ilinin əvvəlində bütün fakültələr üzrə dərs cədvəlləri müəllimlərin təklifləri nəzərə alınmaqla tərtib edilərək təsdiqləndikdən sonra ayrı-ayrı dekanlıqların qarşısındakı “ elanlar” lövhəsindən asıldı. Dərs jurnallarına tələbələrin siyahıları tyutorlar tərəfindən vaxtlı-vaxtında qeyd edildi. Kollokviumların keçirilmə qaydaları və vaxtı , eləcə də sərbəst işlərin yerinə yetirilmə və təhvil verilmə müddətlərini əks etdirən qrafiklər vaxtında qruplara paylanıldı. Tərtib olunmuş qrafiklərə uyğun olaraq semestr ərzində 3 dəfə kollokvium keçirildi. Keçirilmiş kollokviumların nəticələri həm ayrı-ayrı kafedra iclaslarında , həm də fakültə elmi şuralarında müzakirə edildi. Müzakirələr zamanı yaxşı cəhətlər qeyd edilərək yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətləri dəqiqləşdirilirdi. Kurs işi və sərbəst işlərin yerinə yetirilməsi və qəbulu ilə əlaqədar olaraq kafedralarda məsləhət saatları təşkil edilmişdir. Universitetdə “ Açıq dərs” lərin təşkili və tərtib edilmiş cədvəl üzrə keçirilməsi artıq sistematik xarakter alıb. Qeyd etmək yerinə düşər ki, son günlərdə hörmətli rektorumuz , prof. E.A.Quliyev bir neçə açıq dərsdə özü şəxsən iştirak edərək dərslərin keçirilməsi ilə əlaqədar öz təklif və tövsiyələrini müəllimlərin və tələbələrin nəzərinə çatdırdı. Semestr ərzində imtahan biletləri suallarının fənnin proqramı əsasında hazırlanmasına nəzarət edilmiş, imtahanlara hazırlaşmaq üçün ayrı-ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanması, əsas nüsxəsinin və fənnin proqramının kafedranın “ Metodiki guşəsi” ndə yerləşdirilməsi təmin edilmişdir. Tədris otaqlarının imtahan sessiyasına hazırlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir. İmtahan sessiyası dövründə kitbaxananın və oxu zalının da gücləndirilmiş şəkildə işləməsinə xüsusi diqqət yetiriləcək. Çünki, tədris olunan fənlərin mühazirə mətnləri elektron variantda oxu zalında yerləşdirilb ki, tələbələr rahat şəkildə istifadə edə bilsinlər. İmtahan cədvəlləri akademik qrup və kafedraların təklifləri nəzərə alınmaqla imtahan sessiyasına ən azı 15 gün qalmış təsdiq edildikdən sonra dekanlıqların qarşısındakı elanlar lövhəsindən asılmışdır. Tələbələrin maarifləndirilməsi və imtahan sessiyasına hazırlığı ilə bağlı tədris-metodiki izahat işləri vaxtında aparılıb, bu proses hal-hazırda da gücləndirilmiş şəkildə davam etdirilir. İmtahanların mövcud “ Əsasnamə”nin tələblərinə uyğun tərtib edilmiş 5 sualdan ibarət imtahan biletləri əsasında yazılı formada aparılması nəzərdə tutulur.İmtahanların aparılmasında nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan 2 nəfər nəzarətçi də cəlb olunacqdır ki, onların da siyahıları artıq hazırdır. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqələri yığılaraq, onların məsul şəxs tərəfindən kodlaşdırılması və fənni tədris edən müəllim tərəfindən, zərurət yarandığı hallarda isə başqa müəllim tərəfindən “İmtahan qərargahı”nda yoxlanılaraq qiymətləndirilməsi təmin ediləcək. İmtahanların gedişinə, cədvəl üzrə keçirilməsinə və vaxtında başlanmasına dekanlıqlar və digər strukturlar tərəfindən nəzarət olunacaq. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün hər il olduğu kimi bu il də imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına lazımi şərait yaradılacaq. Belə ki, imtahanların obyektiv keçirilməsini müşayiət etmək istəyən valideynlərin şəxsiyyət vəsiqələri əsasında imtahan zallarına buraxılması nəzərdə tutulub. İkinci məruzəçi kimi tərbiyə işləri və beynəlxalq əlaqlər üzrə prorektor, professor Abdulla İsayev çıxış etdi. O, tələbələrin dərs saatlarından kənar fəaliyyətləri barəsində hesabatla çıxış edərək bildirdi ki, bu gün universitet tələbələri ölkədə keçirilən bütün ictimai-siyasi, elm, idman və sair kimi irihəcimli tədbirlərdə aktiv iştirak edirlər. Tələbə Gənclər Təşkilatının aktivliyini isə xüsusi vurğulamalıyıq ki, bu təşkilatın bütün fəal üzvləri universiteti respublikada keçirilən tədbirlərdə lazımınca təmsil edirlər. Onlar mütəmadi olaraq müktəlif naminasyalar üzrə mükafatlar qazanırlar ki, bunlar da hamısı ümumilikdə universitetin nüfuzunun inkişafına xidmət edir. Sonda bir qrup tələbə universitetin rektoru tərəfindən mükafatlandırıldı.

 

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz