loading
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Qocalar evinə xeyriyyə məqsədilə ziyarət

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Qocalar evinə xeyriyyə məqsədilə ziyarət

 Milli Məclisin deputatı, Azərittifaqın İdarə Heyətinin sədri, professor Eldar Quliyevin təşəbbüsü və dəstəyi ilə Azərittifaqa tabe olan iki təhsil müəssisəsi - Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları, tələbələri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə xeyriyyə məqsədilə Bilgəhdə yerləşən Qocalar evində ziyarətdə oldular. Qeyd edək ki, təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Qocalar evində böyük konsert proqramı təşkil olundu və ahıllara bayram sovqatları hədiyyə olundu. İlk öncə tədbirdə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə xanım Quliyeva çıxış edərək bütün ahılları və ümumilikdə tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdi və onlara Millət Vəkili Eldar Quliyevin salamlarını və təbriklərini çatdırdı. F. Quliyeva bildirdi ki, "Ahılların qayğı ilə əhatə olunması Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti xalqımızın Ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğısı da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahıllarla, veteranlarla görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bütün tədbirlər isə Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir". Sonra Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış edərək bildirdi ki, "Ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır". Çıxışlardan sonra incəsənət nümayəndələrinin musiqi nömrələri ilə bayram konserti təşkil olundu. Konsertdə tələbələr, müəllimlər və ahıllar birgə rəqs edərək xoş əhval-ruhiyyə mühiti yaratdılar.

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz