loading
Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci tədris ilinin payız imtahan sessiyası ərəfəsində “Açıq qapı” günü təşkil olunmuşdur.

Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci tədris ilinin payız imtahan sessiyası ərəfəsində “Açıq qapı” günü təşkil olunmuşdur.

Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci tədris ilinin payız imtahan sessiyası ərəfəsində “Açıq qapı” günü təşkil olunmuşdur.
“Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri, KİV və QHT nümayəndələri iştirak etmişdir. Universitetdə bu aksiyanı keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir. Açıq qapı günündə iştirak edən qonaqlar universitetin Pedoqoji fakültəsi, Marketinq və menecment fakültəsi, Ekspertiza və texnologiya fakültəsi və İqtisadiyyat fakültəsində, eyni zamanda imtahan yoxlama mərkəzində imtahanların gedişini izləmişdir.
Qonaqlara imtahan zallarını təqdim edən Tədris işləri üzrə prorektor Fikrət Quliyev onları salamlayaraq bildirdi ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya edilməsi ilə əlaqədar olaraq bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin edilməsinə və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. “Universitetimizdə 2016/2017-ci tədris ilində payız imtahan sessiyasının keçirilməsi ilə əlaqədar onu qeyd etmək istərdim ki, bütün ali təhsil müəssisələrində olduğu kimi, bizdə də tədrisin təşkili və imtahanların keçirilməsi, ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində kredit sisteminə əsaslanır. Təbii ki, imtahanlarda uğur əldə etmək üçün ciddi hazırlıq tələb olunur. Bizdə də universitet rəhbərliyinin göstərişi ilə hər fakültənin fənlərinin ayrıca imtahan cədvəli tərtib olunub. İmtahan cədvəllərinə uyğun olaraq imtahanların saatları təyin olunur və həyata keçirilir. İmtahanlar zamanı obyektivliyin və şəffaflığın təmin olunması üçün auditoriyalardan ixtisas fənn müəllimləri ilə yanaşı, qeyri-ixtisas müəllimləri olan şəxslər nəzarətçi kimi cəlb olunurlar. İmtahan qaydalarına və universitet rəhbərliyinin əmrinə uyğun olaraq imtahan zamanı tələbələrə 5 açıq sual təqdim olunur. İmtahanlar 80 dəqiqə ərzində başa çatdıqdan sonra həmin vərəqlər tələbələrdən nəzarətçilər vasitəsilə yığılır. Daha sonra isə nəzarət qrupunun iştirakı ilə imtahan yoxlanma qərargahından kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır. Zərurət yarandığı hallarda isə nəticələr başqa müəllimlər tərəfindən də yoxlanılır. Yoxlama başa çatdıqdan sonra cavab blankları şifrələrə uyğunlaşdırılaraq tələbələrin nəticələri elan olunur. Əgər hansısa tələbə nəticəsindən narazı qalarsa, apelyasiya komissiyasına müraciət edərək öz imtahan vərəqini yenidən yoxlada bilər”. 
Qeyd olundu ki, Azərbaycan Kooperasiya Universitetində də digər ali təhsil müəssisələrində olduğu kimi tədrisin təşkili boloniya prosesinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Bolonya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini artırmaq, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı diploma ümumi Avropa əlavəsi vermək, bütün akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır.
Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunur və sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Çünki bu sistem tələbəyə yüksək səviyyədə biliklər əldə etməyi və yüksək hazırlıqlı mütəxəssis kimi yetişməyi nəzərdə tutur. 
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da üstünlükləri kifayət qədərdir. 
Qeyd edək ki, bütün məlumatları diqqətlə dinləyən qonaqlar imtahan zallarında imtahanların təşkilini yüksək qiymətləndirərək ilk olaraq başda nazir cənab Mikayıl Cabbarov olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Kooperasiya Universitetinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. İmtahanların keçirilməsi, şəffaf və obyektiv mühitin yaradılması, imtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz