loading
Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

 

 

 

 

 

 

 

 

Azərbaycan  Kooperasiya  Universitetində  2016/2017-ci dərs ili yaz semestri  imtahan sessiyasının   təşkili və keçirilməsi

haqqında

 

Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2017–ci il 12 may tarixli 50 nömrəli əmrinin icrası və Universitetdə 2016/2017–ci tədris ilinin yaz  semestrinin iмтаhан sеssiyasını mövcud  qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə

Ə M R  E D İ R Ə M

1. Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2017- ci il 12 may tarixli  50 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2.  Tədris işləri üzrə prorektor (dos. F.Quliyev - məsul şəxs),  Tədris şöbəsinin müdiri (A.Mirzəməmmədov), Daxili nəzarət xidmətinin rəhbəri (Z.C.Nazıyev), müvafiq fakültə dekanları və kafedra müdirləri:

- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- Universitet  üzrə  imtahan  qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- nəzərə alsınlar ki, Universitetdə və rəhbərlik etdikləri fakültə, kafedra və aidiyyəti sahələrdə baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratsınlar;

3.Tədris işləri üzrə prorektora (dos.F.Quliyev),rektorun müşavirinə (Q.Allahverdiyevə), tədris şöbəsinin  müdirinə (dos.A.Mirzəməmmədov) və Daxili nəzarət xidmətinin rəhbərinə (Z.Nazıyevə) tapşırılsın:

3.1. Universitetdə imtahan sessiyasının monitorinqini, televiziya çəkiliş və AKU – TV vasitəsilə yayımını  təşkil etsinlər;

3.2.İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru və Təhsil Nazirliyini məlumatlandırsınlar;

3.3. Fakültələrdə yaz semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsinlər.

4.Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyev) ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin  rektoruna və Təhsil nazirliyinə yekun hesabat hazırlasın.

  5.Tədris şöbəsi (A.Mirzəməmmədov) və “İKT” sektoru  (R.Nağıyev) Təhsil nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)”və Universitetın (“Qaynar xətt” xidməti tel:5628517) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə  və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.

  6.“İnformasiya və kommunikasiya texnologiyaları” sektoru (R.Nağıyev) bu əmrin  Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət Ümumi işlər üzrə prorektora (T.Şükürova) həvalə edilsin.

Əsas: Rektorun dərkənarı ilə  Azərbaycan Respublikası Təhsil Nazirinin 2017 - ci il 12 may tarixli əmri.

 

 

 

 

     Rektor                                     prof. Eldar Quliyev                                                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ямри щазырлады:                              Т.Ш.Шцкцров

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz