loading
2016/2017-ci dərs ili yaz semestrinin imtahan sessiyası üçün fakültələr üzrə Apelyasiya komissiyalarının yaradılması haqqında

2016/2017-ci dərs ili yaz semestrinin imtahan sessiyası üçün fakültələr üzrə Apelyasiya komissiyalarının yaradılması haqqında

2016/2017-ci dərs ili yaz semestrinin  imtahan sessiyası üçün

 fakültələr üzrə Apelyasiya komissiyalarının

yaradılması haqqında

Azərbaycan Respublikası Təhsil Nazirinin 2008-ci il 11 sentyabr tarixli 1059 saylı əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə  imtahanları haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq  2016/2017-ci dərs ili yaz semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə

Ə M R  E D İ R Ə M:

1.Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanların gedişində baş verə biləcək münaqişələri aradan qaldırmaq məqsədilə fakültə dekanlarının sədrliyi ilə  fakültələr üzrə Apelyasiya komissiyaları yaradılsın və onların tərkibi  təsdiq edilsin.(əlavə edilir)

2.Tələbə biliyinin qiymətləndirilməsindən və ya topladığı baldan razı olmadığı halda həmən gün fakültə üzrə Apelyasiya komissiyasının sədrinə, zərurət olduqda isə Universitet üzrə Apelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər.

3. Tələbənin müraciəti əsaslı olduqda Apelyasiya komissiyasının sədrinə tələbənin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir.

4.Tapşırılsın Universitet üzrə İmtahan qərargahı və Apelyasiya komissiyasına (sədr, dos F.V.Quliyevə) ki, imtahanlarda obyektivliyi, şəffaflığı və tələbə müraciətlərinə operativliyi, eyni zamanda imtahanların gedişinin AKU-TV vasitəsilə çəkilişini və yayımını  təmin etsin.

5. Tapşırılsın tədris şöbəsinə  (dos.A.Z.Mirzəməmmədova) və fakültə dekanlarına ki, bu əmrlə tələbələri tanış etsinlər və əmrin dekanlıqların elan lövhəsinə asılmasını təmin etsinlər.

6. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.V.Quliyevə) həvalə edilsin.

Əsas: 2016/2017-ci dərs ili ikinci yarımilin başa çatması haqqında Rektorun 2017-ci il 18 aprel tarixli 62 nömrəli əmri və fakültə dekanlarının məlumatı.

 

 

 

 

              Rекtоr:                               prof. Еldar Quliyev



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz