loading
ÜMUMİ ŞÖBƏ

ÜMUMİ ŞÖBƏ

 Ümumi şöbə   (Dəftərxana) 1994-cü ilin yanvarında yaradılıb. Ümumi şöbədə rektorun əmr və göstərişləri, kargüzarlıqla əlaqədar sənədləşmə işləri icra edilir. Universitet üzrə ümumi işlər və tələbə tərkibinə dair əmrlər rəhbərliyin imzasından sonra dəftərxanada qeydiyyatdan keçirilərək aidiyyatı strukturlara paylanılması təşkil olunur. Vətəndaşların ərizələri və poçt xidməti ilə daxil olan məktublar qeydiyyatdan keçirilərək həmin gün rəhbərliyə təqdim olunur. Rektorun dərkanarı əsasında sənədlər dərhal icraçılara çatdırılır. Dəftərxana işçiləri tərəfindən struktur bölmələrin kargüzarlıq işlərinə daima nəzarət edilir. Rektorun göstərişi ilə bir sıra əmrlərin hazırlanması, ezamiyyənin təşkili və digər sənədlər şöbə müdiri tərəfindən icra edilir.Kargüzarlıqla bağlı yazışmaların və cavab məktublarının ünvanına göndərilməsi dəftərxananın kargüzarlıq xidməti tərəfindən icra edilir.

   Dövlət hakimiyyət və idarəetmə orqanlarından, ictimai təşkilatlardan, hüquqi və fiziki şəxslərdən Universitetə daxil olan xidməti sənədlər, habelə digər korrespondensiya Ümumi şöbədə qəbul edilir və qeydə alınır.

   Xidməti sənədlər bilavasitə şöbələrə daxil olduqda onlar mütləq Ümumi şöbədə qeydə alınmağa verilir.

   Daxil olan xidməti sənədlərin əlaqədar struktur bölmələrə verilməsi Ümumi şöbə tərəfindən həyata keçirilir, bu zaman qeydiyyat vərəqəsində müvafiq qeyd aparılır.

   Daxil olan sənədlər Ümumi şöbədə müəyyən edilmiş qeydiyyat kitabında qeydə alınır.

   Sənədin birinci vərəqində daxilolma tarixi və daxilolma nömrəsi göstərilməklə qeydiyyat ştampı vurulur.

   Qeydə alınmış xidməti sənədlərə Ümumi şöbənin müdiri tərəfindən baxılır və məzmunundan asılı olaraq haqqında rəhbərliyə məlumat verilmək üçün hazırlanır, Üniversitetin struktur bölmələrinə göndərilir.

   Rəhbərliyə məlumat verildikdən sonra sənədlər dərkənara müvafiq surətdə Ümumi şöbə vasitəsilə icraya göndərilir. Dərkənarın məzmunu uçot kartoçkasına köçürülür.

   Ümumi şöbə həlli müvafiq dövlət hakimiyyət və idarəetmə orqanlarının, ictimai təşkilatların, bilavasitə səlahiyyətinə aid olan və operativ münasibət bildirməsini tələb edən məsələlər barəsində daxil olmuş xidməti sənədləri aidiyyəti üzrə göndərir.

   Rektorun qərar və sərəncamları qeydə alındıqdan sonra aidiyyəti üzrə struktur bölmələrinə göndərilir.

   Normativ aktların layihələri imzalanmaq üçün Rektora Ümumi şöbənin müdiri tərəfindən təqdim olunur. Rektor tərəfindən qəbul edilmiş normativ aktlar müəyyən edilmiş nümunəli blanklarda çap edilir.

   Əmr və sərəncam imzalandıqdan sonra göndərilmə ünvanları və əlavə edilən sənədlərin siyahısı buraxılış üçün Ümumi şöbəyə təhvil verilir.

   Rektorun sərəncamı və əmrləri Ümumi şöbə tərəfindən rəsmiləşdirilir və göndərilir.

   Şöbənin quruluşu - müdir  və 2 nəfər operatordan ibarətdir.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz