loading
DAXİLİ NƏZARƏT XİDMƏTİ

DAXİLİ NƏZARƏT XİDMƏTİ

Nazıyev Zakir Cəlal oğlu 26 oktyabr 1949-cu ildə Gürcüstan Respublikası Marneuli rayonunun Böyük Bəylər kəndində  anadan olmuşdur. 1966-cı ildə 1№-li Marneuli Azərbaycan orta məktəbin qızıl medalla, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Ticarət Nazirliyinin Azərbkurortticarət idarəsinin Xaçmaz şöbəsinə göndərilərək 1970-1973-cü illərdə bu təşkilatda ixtisası üzrə çalışmış, 1973-cü ildə keçmiş Xaçmaz Rayon Partiya Komitəsinin təqdimatı əsasında Azərittifaqın sərəncamı ilə kooperasiya  sisteminə  keçirilərək Xaçmaz Rayon istehlak cəmiyyəti İdarə Heyəti sədrinin müavini-ticarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra qısa müddət əvvəlki təşkilatda çalışmış, 1976-cı ildə Bakı şəhərinə köçərək Azərittifaqın Mərkəzi aparatında işə qəbul olunmuşdur. 1976-2013-cü illərdə bu təşkilatda böyük əmtəəşünas, şöbə rəisi, Baş idarə rəisinin müavini, Kadrlar və təşkilat işi idarəsinin rəisi, İdarə Heyəti Aparatının rəhbəri vəzifələrində çalışmışdır. Azərittifaqın Şurasının üzvüdür. 2000-2013-cü illərdə Azərittifaqın İdarə Heyətinin üzvü olmuşdur. Kooperasiyanın inkişafında xidmətlərinə görə Azərittifaqın İdarə Heyəti tərəfindən “Kooperasiya əlaçısı” və “Fəxri kooperator” döş nişanları ilə təltif olunmuşdur.

Azərittifaqın İdarə Heyətinin 2013-cü il 12 noyabr tarixli qərarı ilə Azərbaycan Kooperasiya Universitetinin strukturunda Daxili Nəzarət Xidməti yaradılmış və Azərittifaqın sədrinin sərəncamı ilə Zakir Nazıyev 2014-cü il 7 yanvar tarixdən bu xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur.

Daxili Nəzarət Xidmətinin strukturuna Kadrlar şöbəsi, Ümumi şöbə, hüquq xidməti daxildir. Xidmət tərkibinə daxil olan bölmələrlə birlikdə universitetdə əmək və icra intizamının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, kredit sisteminin düzgün təşkil olunması istiqamətində iş aparır, Təhsil Nazirliyinin və Azərittifaqın təhsillə bağlı qərar, əmr, sərəncam və təlimatlarının universitetin struktur bölmələri tərəfindən icrasın nəzarətdə saxlayır, imtahanların şəffaf keçirilməsinə, Elmi Şuranın qərarlarının, rektorun əmr və göstərişlərinin icrasına nəzarət edir, əməkdaşların işə qəbulu, yerdəyişməsi və işdən azad olunmasının sənədləşdirilməsini təşkil edir, qanunauyğunluğun və universitetin hüquqi maraqlarının qorunmasını təmin edir.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz