Sosial iş və tərcümə fakültəsi



Elnurə Bünyat qızı Məmmədova – Azərbaycan Kooperasiya Universitetinin “Sosial iş və tərcümə” fakültəsinin dekanı, iqtisad elmləri doktoru

Məmmədova Elnurə Bünyat qızı 1985-ci ildə anadan olub. 1991-ci ildə orta məktəbin birinci sinifinə getmiş, 2001-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakultəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə fəal tələbə olmuş, bir çox elmi-praktik konfranslarda iştirak etmiş. E.Məmmədova Azərbaycan Dövlət İqtisad Universitetində 2004-cü ildə keçirilən “Regional İqtisadi inkişaf və iqtisadi artım” TEC-in elmi-praktik konfransında iştirak etmiş və birinci dərəcəli diplomla təltif olunmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə “Maliyyə və Kredit” ixtisası üzrə qəbul olmuş və 2007-ci ildə magistratura pilləsinidə fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ilin yanvar ayında Kapital Bankın 1 saylı Səbail rayon filialında əmək fəaliyyətinə başlamışdır. 2008-ci ildə Azərbaycan Kooperasiya Universitetində 08.00.10 “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. 2010-cu ildən Azərbaycan Kooperasiya Universitetində “İqtisadi Nəzəriyyə” və “Maliyyə və Bank İşi” kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Azərbanycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransında” “Aqrar sahənin dayanıqlı inkişafına təsir göstərən amillər” adlı tezislə çıxış etmişdir. O, 2015-ci ildə BDU-nun, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin nəzdində yaradılmış İxtisaslaşdırılmış Elmi Şurada disertasiya müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 aprel 2017-ci il tarixli qərarı ilə ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Elnurə Bünyat qızı Məmmədova 2017-ci ildən 2022-ci ilədək Azərbaycan Kooperasiya Universitetində “Maliyyə və Bank işi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2022-ci ildən həmin universitetin “Sosial iş və tərcümə” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2018-ci ildən Azərbaycan Kooperasiya Universitetində iqtisad elmləri doktoru proqramı üzrə təhsil alan E.B.Məmmədova “Azərbaycanda investisiya mühitinin formalaşması və səmərəlilik problemləri” mövzusunda doktorluq dissertasiyasını 2022-ci ildə müvəffəqiyyətlə müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09 dekabr 2022-ci il tarixli qərarı ilə ona iqtisad elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
2019-cu ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. O, 60-dan çox elmi əsərlərin o cümlədən bakalavr pilləsi üçün 21, magistr pilləsi üçün 40-dan çox fənn proqramının, 3 dərsliyin, 1dərs vəsaitinin müəllifidir. Bir sıra beynəlxalq və elmi konfranslarda aktual mövzularla çıxış etmiş və məruzələri nəşr edilmişdir.


Müstəqil Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni inkişafının yüksəliş mərhələsindədir. Ölkə Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.Bu isə gələcəkdə dünyada artan rəqabətə hazır olmaq üçün prioriteti yüksək rəqabətli insan kapitalının formalaşmasını tələb edir. Bunun üçün əsas olan üç məqsədə nail olması gərəkdir:
-XXI əsrin tələblərinə uyğun təhsil;
-yaradıcı və innovativ cəmiyyət;
-vətəndaşların sağlam həyat tərzi.
Bu başlıca tələblərə cavab verən Respublikanın ali təhsil müəssisələri sırasında əsası 1964-cü ildə qoyulmuş Azərbaycan Kooperasiya Universiteti də öz fəaliyyətilə seçilir.Universitetdə son onilliklərdə aparılan islahatlar təhsilin yüksək keyfiyyətinə, əmək bazarının tələblərinə uyğun olan yeni ixtisasların tədrisinə istiqamətlənib.Hazırda universitetdə fəaliyyət göstərən fakültələr sırasında “Sosial iş və tərcümə” fakültəsi də vardır. Yarandığı qısa müddət ərzində yüksək iş keyfiyyəti ilə seçilən “Sosial iş və tərcümə” fakültəsinin tərkibinə “Sosial elmlər”, “Tərcümə”, “Riyaziyyat” kafedraları daxildir. Fakültədə bu kafedralar üzrə 36 müəllim: onlardan 2 professor, 13 dosent, 12 nəfər baş müəllim, 9 nəfər müəllim fəaliyyət göstərir. Bu dərs ilində fakültə üzrə illik dərs yükü 17438 saat ayrılmışdır.
Kafedralar üzrə fənn kabinetləri də təşkil olunmuşdur. Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Kafedralar və fənn kabinetləri ən müasir kompüter avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio ,video avadanlıqları ilə təchiz olunmuş Tərcümə mərkəzi tələbələrimizin istifadəsindədir. Fakültədə tələbə gənclər arasında aparılan təlim-tərbiyə işlərinin nəticəsi olaraq tələbələrimiz universitetdaxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. Fakültədə təhsil alan tələbələr Qafqaz və Slavyan Universitetlərində keçirilən Beynəlxalq Tələbə Elmi konfranslarında mütəmadi iştirak etmiş, müxtəlif dərəcəli yerlər tutmuşlar. Riyaziyyat ixtisası üzrə tələbələr isə Bakıda dünya alimlərinin iştirakı ilə keçirilən Beynəlxalq konfransda iştirak etmiş, görkəmli alimlərlə görüşdə olmuşlar. Fakültədə təhsil alan tələbələr tədris planlarına uyğun olaraq AMEA-da, ASAN xidmətin nəzdində fəaliyyət göstərən “Şəms” tərcümə mərkəzində , DOST agentliyində , müxtəlif xarici firmalarda istehsalat və diplomqabağı təcrübə keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun tədris və təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən həyata keçirilir. Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, universitetin mədəni-ictimai işlərində fəal iştirak edirlər.Bu tədbirlərdə fəal iştirakları ilə seçilən tələbələrimiz dəfələrlə fəxri fərmanlarla təltif olunmuşlar.

Sosial iş – 050807
Tərcümə – 050215


Sosial elmlər kafedrası
Tərcümə kafedrası
Riyaziyyat kafedrası


V mərtəbə, otaq 511
Telefon: 012-562-71-92
Daxili telefon : 187