Xarici Dillər kafedrası



Əsgərova Nigar Nizami qızı – Azərbaycan Kooperasiya Universitetinin Xarici Dillər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru

Əsgərova Nigar Nizami qızı 27 iyun 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə Bakı şəhər, Xətai rayonu 269 saylı orta məktəbi bitirmişdir. 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2011-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şobəsinə əyani doktoranturaya qəbul olmuş, 2020-ci ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

Əmək fəaliyyətinə 2006-cı ilin yanvar ayında ADU-nun Beynəlxalq münasibətlər kafedrasında labortant vəzifəsi ilə başlamışdır. 2007-ci ildə ADU-nun Regionşünaslıq kafedrasında müəllim, 2015-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildən bu günə kimi Azərbaycan Kooperasiya Universitetinin “Dillər” kafedrasının müdiri vəzifəsində çalışır.

ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən SUSİ, Avropa İttifaqı tərəfindən dəstəklənən Erasmus və s. kimi sıra beynəlxalq səviyyəli proqram və layihələrin iştirakçısı olmuş, Avropa İttifaqı Şərq tərəfdaşlığı çərçivəsində və Türk Taruh Kurumu tərəfindən təşkil edilən konfranslarda mütəmadi çıxış və iştirak etmişdir. İngilis, Rus, Türk və İspan dillərini bilir.
Ailəlidir, üç övladı var.


“Dillər” kafedrası 1994-cü ildə təsis edilmişdir. Kafedra 2001-ci ildən “Xarici dillər” kafedrası adlanır. 2022-ci ildə fevralın 21-dən etibarən universitetin “Xarici dillər” kafedrasının adında dəyişiklik edilərək “Dillər” kafedrası adlandırıldı.


Kafedra müdiri t.ü.f.d Əsgərova Nigar Nizami qızı
Kafedra müdiri əvəzi, f.ü.f.d. Məmmədova Təranə İsmayıl qızı
baş müəllim f.e.n Qacarlı Cəmilə Qurban qızı
baş müəllim Vəzirov İntiqam Cəlil oğlu
baş müəllim Həsənova Pərvanə Sabir qızı
baş müəllim Fərzəliyeva Aidə Murad qızı
baş müəllim Məmmədova Samirə İkram qızı
baş müəllim Hüseynova Reyhan Abdulhüseyn qızı
baş müəllim Kərimova Çimnaz Eldar qızı
baş müəllim Nəzirova Ulduzə Hamlet qızı
baş müəllim Həsənova Raifə Ələddin qızı
baş müəllim Məmmədova Yeganə Asif qızı
baş müəllim Hüseynova Lalə Mübariz qızı
baş müəllim İmranova Gülxanım Zakir qızı
baş müəllim Zeynalova Lalə Oktay qızı
baş müəllim İbrahimova Aygün Cəfər qızı
müəllim Abbasova Müşfiqə Elxan qızı
müəllim Həyətova Firuzə Akif qızı
müəllim Hüseynova İradə İsa qızı
müəllim Əliyeva Sevinc Arif qızı
müəllim Əlizadə Nahidə Asif qızı
müəllim Abbasəliyeva Sevil Bəhram qızı


Xarici dildə işgüzar və akademik kommunikasiya (İngilis dili)
Xarici dildə işgüzar və akademik kommunikasiya (Rus dili)
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
İctimaiyyətlə əlaqələr
Ədəbiyyat və milli mədəni kimlik
Əski Əlifba


İşgüzar münasibətlərin idarə edilməsi