Bilik Günü

17 sentyabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində I kursa yeni qəbul olmuş tələbələr üçün hər iki növbədə tədbir təşkil olunmuşdur. Tədbir Azərbaycanın Dövlət himnin sədaları altında açıq elan olundu. 
İlk olaraq çıxış edən Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət Vəkili professor Eldar Quliyev I kursa yeni qəbul olmuş tələbələri təbrik edərək onlara qədəm qoyduqları yeni həyatlarında uğurlar arzuladı. Professor E.Quliyev I kurs tələbələrinin timsalında onların valideynlərini də övladlarının ali məktəbə qəbul olması və yeni dərs ili münasibəti ilə təbrik etdi, eləcə də gələcək fəaliyyətlərində uğurlar dilədi. Bildirdi ki, “Universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız. O, çıxışında onu da vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşıb, gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Bu gün ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyən universitetimizin professor-müəllim heyəti də öz uğurlu fəaliyyəti ilə müstəqil dövlətimizin möhkəmləndirilməsi işinə töhvəsini verməkdə davam edəcəkdir”.
Sonra çıxış edən Tələbə Gənclər Təşkilatının sədri, mətbuat katibi Tamerlan Əkbərov universitetdə tələbələrin ictimai-siyasi, inntellektual inkişafına yardılan şəraitə görə bütün tələbələr adından universitetin rəhbərliyinə minnətdarlığını bildirdi. Valideynlər də çıxış edərək bütün yaradılan şəraitlərdən razılıqlarını ifadə etdilər. Sonda universitetin rektoru tərəfindən yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olundu.

Close Menu