Gənc Kooperatorların III Liderlik Məktəbinin bağlanış mərasimi

Noyabrın 2-də Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənc Kooperatorların III Liderlik Məktəbinin bağlanış mərasimi və son təlimi keçirilib.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva layihənin məqsədi haqqında məlumat verib. Qeyd edib ki, iki gün ərzində keçirilən Gənc Kooperatorların III Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında liderlik keyfiyyətlərinin üzə çıxarılması istiqamətində təlimlər həyata keçirilib.

Tədbirdə çıxış edən universitetin mətbuat xidmətinin rəhbəri, TGT sədri Tamerlan Əkbərov da layihə müddətində görülən işlərdən söz açaraq liderlik məktəbinin uğurlu nəticələrini vurğulayıb.

Sonra layihə iştirakçılarının fikir və təklifləri, sualları dinlənilib. Qeyd olundu ki, liderlik məktəbində həqiqətən fərdi inkişaf üçün imkanlar yaradıldı və tələbələr öz fikirlərini açıq şəkildə ifadə edə bildilər. Məhz, Gənc Kooperatorların III Liderlik Məktəbi çərçivəsində də liderlik keyfiyyətlərinin gənclərdə aşılanması üçün bütün zəruri işlər görüldü.
Sonda təlimlərdə, diskussiyalarda fərqlənən gənclərə diplomlar təqdim olundu.

Close Menu