21 dekabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində “Qış sədası” adlı tələbələr arasında şeir müsabiqəsi keçirilimişdir.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edərək bildirdi ki, ” Gənclərin fərdi təşəbbüsü ilə belə müsabiqələrin keçirilməsi çox təqdirəlayiqdir. Bu gün 40-a yaxın tələbə gəncimiz öz yaradıcılıq nümumələrini nümayiş etdirirlər. Düşünürəm ki, bu müsabiqədə çıxış edən tələbələr özyaradıcılıq nümumələrini sərgiləməklə yanaşı eyni zamanda fərdi inkişaflarını təmin edirlər. Biz də rəhbərlik olaraq çalışacağıq ki, sizlərin müəllifi olduğunuz şeirlərin çapını həyata keçirək”.
Qeyd edək ki, müsabiqə zamanı tələbələr müxtəlif həcmdə şerlər səsləndirdilər. Onların çıxışları Münsiflər heyəti tərəfindən dinlənildi və qiymətləndirildi. Nəticədə ilk üç yer üzrə qaliblər bəlli oldu.

Menyunu Bağla