9-16 Fevral 2019-cu il tarixlərində Azərbaycanın bir sıra universitetlərinin, həmçinin Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri Londonda səfərdə olub. Səfərin əsas məqsədi Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində Londonun Middlesex Universitetinində keçirilən təlimlərdə iştirak olub. Təlimlər zamanı əsas mövzular Milli Kvalifikasiya Çərçivəsi, təlim nəticələri, bacarıqlar və ali təhsildə keyfiyyət ilə bağlı bir sıra digər mövzular olub. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Kooperasiya Universitetini Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Keyfiyyətə nəzarət mərkəzinin müdiri Şəfa Abdullayeva və həmin mərkəzin mütəxəssisi Xəyalə Hüseynova iştirak ediblər.

Menyunu Bağla