Tədbirdə universitetin Ümumi işlər üzrə prorektoru Tahir Şükürov şairin həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib. Natiq bildirib ki, Zahir Abbas tələbəlik illərində universitetin ictimai-siyasi həyatında fəal iştirak edib, nümunəvi davranışları və bədii yaradıcılığı ilə daim diqqəti üzərində cəmləməyi bacarıb. Sonra şair, ədəbiyyatşünas, AYB-nin üzvü Vüqar Əhməd, bədihəçi şair, AYB-nin üzvü Namiq Məna, şairə Bahar Abbasova, Universitetin Tədris şöbəsinin müdiri Aydın Mirzəməmmədov, Menecment və ticarət kafedrasının müdiri Vasif Həziyev, Fəlsəfə və psixologiya kafedrasının dosenti Sədaqət Məmmədova və başqaları şairin fərdi yaradıcılıq üslubundan danışıblar. İştirakçıları xoş ovqatla salamlayan şair tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda böyük təəssürat oyatdığını qeyd edib. Z. Abbas müəllim və tələbələrin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, şeirlərini oxuyub.  Qeyd edək ki, universitetin gənc yazarlarının da şeirləri dinlənilib. Sonda şairin müəllifi olduğu şeirlərə bəstələnmiş mahnılar incəsənət nümayəndələrinin ifasında dinlənilib.

Menyunu Bağla