Universitetin “Marketinq və menecment fakültəsi”nin dekanı Eldəniz Məhərrəmovun rəhbərliyi ilə Ekologiya klubunun fəalları IDEA Heyvanlara Qayğı Mərkəzinin ümumi fəaliyyəti ilə yaxından tanış olaraq ekoloji sahədə tarazlığın qorunması və heyvanlara qayğının təmin olunması mövzusunda seminarı dinləyiblər.

Qeyd edək ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.
Əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heynanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir.

Sonda klub fəalları sığınacaqda saxlanılan heyvanlara baş çəkərək onlara qayğı göstərdilər.

Menyunu Bağla