5 aprel 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində “Azərbaycan tarixinin şanlı Aprel zəfəri” adlı tədbir keçirildi. Tədbir müstəqil Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başladı. Himndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Aprel döyüşləri və Azərbaycan ordusunun nailiyyətləri barəsində səsləndirdiyi nitqi nümayiş olundu. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris işləri üzrə prorekoru Fikrət Quliyev Azərbaycan ordusunun üç il öncə aprel ayında göstərdiyi şücaətdən danışaraq qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin və ümumilikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin yad olunması üçün bir dəqiqəlik sükut elan etdi. 
F. Quliyev bildirdi ki, Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən üç il ötür. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırır. 
Digər çıxışçılar universitetin Marketinq və menecment fakültəsinin dekanı Eldəniz Məhərrəmov, Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və Ekspertiza və texnologiya fakültəsinin I kurs tələbəsi Elvira Mahmudova da qeyd etdilər ki, 2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımız xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addımdır. Tam əminliklə deyirik ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, bütün məcburi köçkünlərin doğma torpağa qayıdacağı gün çox da uzaqda deyil!

Menyunu Bağla