Azərbaycan Kooperasiya Universitetində “Banklarda valyuta mövqeyi limitləri” mövzusunda təlim keçirilib.
Universitet rəhbərliyi və Maliyyə fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan təlimdə fakültənin yuxarı kurs tələbələrinin iştirakı təmin olunub. 
Tədbirdə Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva çıxış edərək təlimin mahiyyəti haqqında məlumat verib. Belə görüşlərin Azərbaycan Kooperasiya Universitetində mütəmadi təşkilini vurğulayan xanım dekan təşəbbüsü alqışladıqlarını bildirib. 
Sonra “International Consulting Company” şirkətinin təsisçisi və direktoru, “Amrahbank”ASC-nin İnsan Resurslarının idarəedilməsi və inkişafı şöbəsinin müdiri Ramin Bayramov “Banklarda valyuta mövqeyi limitləri” mövzusunda olan təlimi həyata keçirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Menyunu Bağla