Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Kooperasiya Universiteti nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə iştirak etmişdir. Təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən nümayəndələr iştirak etmişdir.
5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar edilmiş, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr edilmişdir. Təlimlərinin yekununda Universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunmuşdur.

Menyunu Bağla