Azərbaycan Kooperasiya Universitetində “Satışın təşkili və koordinasiyası” mövzusunda treninq keçirilib

Azərbaycan Kooperasiya Universitetində “Marketinq və menecment” fakultəsi və “Marketinq” kafedrasının birgə təşkilatçılığı ilə marketinq və menecment ixtisası üzrə təhsil alan tələbələr üçün “Satışın təşkili və koordinasiyası” mövzusunda treninq keçirilib.
Treninqdə “Marketinq və Menecment” fakültəsinin dekanı Eldəniz Məhərrəmov, “Marketinq” kafedrasının müdiri Gülnisə Mustafayeva, kafedranın müəllimləri, “Master W” şirkətinin key account manageri (satış üzrə menecer) və tələbələr iştirak edib.
Qeyd edək ki, təlimçi, “Master W” şirkətinin key account manageri Əqdəm Rüstəmzadə mövzu ilə bağlı geniş çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Menyunu Bağla