DİQQƏT! AKU MÜBADİLƏ VƏ XARİCDƏ TƏHSİL PROQRAMLARINA SƏNƏD QƏBULU ELAN EDİR
İqtisadiyyat və Biznesin idarəedilməsi ixtisaslarının I, II, III kurs tələbələrinin nəzərinə!

AKU tələbələri mübadilə proqramı çərçivəsində 2020/2021-ci tədris ilinin yaz semestrində (1 aprel – 7 avqust) Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universitetində təhsil almaq imkanı əldə edə bilərlər.
Mübadilə proqramının əsas şərtləri:
Tələbə gedəcəyi universitetə təhsil haqqı ödəmir
Tələbənin bütün xərcləri Erasmus + proqramı tərəfindən qarşılanır
Proqrama son müraciət tarixi 10 yanvar 2021-ci ildir

Tələb olunan əsas sənədlər:
Transkript
CV
Arayış
Xarici pasportun surəti
Ərizə forması
Dil sertifikatı (ingilis dili)

Ətraflı məlumat və müraciət üçün:
Beynəlxalq əlaqələr şöbəsi, irelationsoffice@gmail.com
və ya
İqtisadiyyat fakültəsinin dekanlığı
İdarəetmə fakültəsinin dekanlığı

Menyunu Bağla