2022/2023-cü tədris ilində bakalavriat səviyyəsində təkrar ali təhsil almaq istəyənlər üçün ELAN

2022/2023-cü tədris ilində bakalavriat səviyyəsində təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu

     ELAN EDİR

050401-Beynəlxalq ticarət və logistika-əyani

050402-Biznesin idarə edilməsi- əyani ,qiyabi

050403 – Davamlı inkişafın idarə edilməsi – əyani

050404-Dövlət və bələdiyyə idarəetməsi- əyani, qiyabi

050405-İqtisadiyyat-əyani, qiyabi, əyani-rus bölməsi

050406-Maliyyə-əyani, qiyabi, əyani- rus bölməsi

050407-Marketinq-əyani, qiyabi

050408-Menecment-əyani, qiyabi

050409-Mühasibat-əyani, qiyabi

050504-Ekologiya-əyani, qiyabi

050606 – Ekologiya mühəndisliyi – əyani

050620-Kompüter mühəndisliyi-əyani, qiyabi

050635-Qida mühəndisliyi-əyani, qiyabi

050707-Şərabçılıq-əyani, qiyabi

050807-Sosial iş- əyani,qiyabi, əyani-rus bölməsi

050809-Turizm bələdçiliyi- əyani, qiyabi

050810-Turizm işinin təşkili- əyani, qiyabi

050215-Tərcümə (İngilis dili)- əyani

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Kooperasiya Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı,ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla müvafiq təhsil proqramları əsasında aparılır.

         Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

         -Rektorun adına ərizə

          -Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti

          – 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil

          – Şəxsiyyət vəsiqəsinin sürəti

          – Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi

         2022-ci ilin məzunları diplom əvəzi – müvəqqəti arayış təqdim edə bilərlər.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

         Qeyd: Sənədlər iyun ayının 10-dan sentyabrın  10-dək (istirahət günlərindən başqa) şəxsən və ya onlayn formada saat 10:00-dan 17:00-dək əsas binada (205  saylı otaqda) qəbul edilir.

         Təhsil əsasən Azərbaycan dilində, əyani və qiyabi formada aparılır.Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Təhsili müvəffəqiyyətlə başa vuran məzunlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir.

  Ünvan: Az.1106, Bakı Nəcəf Nərimanov küçəsi 93,

      Telefon:(012) 561-29-72, 562-98-75