Ekspertiza və Texnologiya fakültəsi



Afiq Cavanşir oğlu Nəsibov – Azərbaycan Kooperasiya Universitetinin Ekspertiza və texnologiya fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru

Fakültə dekanı Afiq Cavanşir oğlu Nəsibov 29 iyun 1984-cü ildə Kürdəmir rayonunun Qaraqocalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Kürdəmir rayonunun Köhnəbazar kənd orta məktəbinin birinci sinfinə daxil olunmuş, 2001-ci ildə həmin məktəbi bitirərək, Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili və idarə edilməsi” fakültəsinin “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr və 2013-3015-illərdə S.Kuznetsk adına Xarkov Milli İqtisad Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə magistratura pillələrini bitirmişdir. 2017-ci ildən “Biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2018-2022-ci il tarixədək İdarəetmə fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
13 oktyabr 2022-ci il tarixdən Azərbaycan Kooperasiya Universitetinin Ekspertiza və texnologiya fakültəsinə dekan təyin olunub. Bir çox elmi məqalə və tezislərin müəllifidir.

Fakültədə Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəliyyət göstərir. Fakültəyə rəbərlik dekanın sədrliyi ilə Fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Dekan Fakültə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və imtahanların obyektiv, şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir. Fakültə təsdiq olunmuş iş planına uyğun olaraq fəaliyyət göstərir.
Fakültədə təhsil alan tələbələrin sayı: 288
Fakültədə dərs tədris edən müəllimlərin sayı: 35 (müəllim, elmlər namizədi, dosent, professor)
Fakültə üzrə illik dərs yükü: 10517 saat

050635- “Qida mühəndisliyi”
050707- “Şərabçılıq”
050644- “İstehlak mallarının ekspertizası və marketinqi
500647- “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”


“İstehlak mallarının ekspertizası” kafedrası
“Standartlaşdırma və texnologiya” kafedrası
“İnformatika və ÜTF” kafedrası


Ünvan: IV mərtəbə, otaq 413

Əlaqə nömrəsi: 561-31-52