Fəlsəfə və Psixologiya kafedrası

Ədalət Yüzbaşı oğlu Məmmədov – Azərbaycan Kooperasiya Universitetinin Fəlsəfə və Psixologiya kafedrasının müdiri, fəlsəfə üzrə elmlər namizədi, dosent.

Məmmədov Ədalət Yüzbaşı oğlu 22.09.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.1973-cü ildə M.F.Axundov adına ali məktəbi bitirdiktən sonra Azərbaycan Elmlər Akademiyasında işləmişdir. 1977-ci ildə SSRİ-E.A Fəlsəfə İnstitutunun əyani aspiranturasına qəbul olunmuş və 1981ci ildə Moskvada E.A. uğurla müdafiə etmişdir.Fəlsəfə elmlər namizədi adına layiq görülmüşdür. Sonradan müxtəlif ali məktəblərdə işləmiş və 1998-ci ildən Azərbaycan Kooperasiya Universitetində Fəlsəfə kafedrasında çalışmışdır. 2012-ci ildən isə Fəlsəfə və psixologiya kafedrasının müdiri işləyir. Dissertasiyasının mövzusu Sovet Şərqində sosialist quruculuğunun burjua saxtakarlığının tənqidi. 30-dan çox məqalə, monoqrafiya, proqram, elmi-metodiki vəsait nəşr etdirmişdir. 2005-ci ildə Fəlsəfə fənnindən sxemlər (elmi-metodiki vəsait) yazmışdır. F.e.n. Ədalət Məmmədov tədris-pedaqoji fəaliyyəti ilə yanaşı elmi işlərlə də məşğuldur. Belə ki, onun indiyədək müxtəlif tezis, məqalə, monoqrafiya, elmi-metodik vəsait, proqramları nəşr edilmişdir. Азербайджанская философская мысль, Азербайджанская просветительская мысль ХIХ-1 половины ХХ веков (историко-философский аспект) adlı elmi və tədris-metodiki işlərin müəllifidir. Hal  hazırda Mahmud Şəbüstərinin fəlsəfi fikrinin aktual problemləri adlı elmi tədqiqat işi üzərində çalışır. Bütün bunlarla yanaşı f.e.n. Ə.Y.Məmmədov tədris etdiyi fənnlərin elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə və müasir tələblərə uyğun edilməsinə səy göstərir.Azərbaycan Kooperasiya Universitetində Fəlsəfə fənnini tədris edir.

Fəlsəfə və psixologiya  kafedrası digər kafedralar kimi Azərbaycan Kooperasiya Universitetində elmi  tədqiqat bazası olmaqla, həmçinin tədris fəaliyyəti ilə məşğul olan təşkilati struktur vahiddir, 2012-ci ildə Fəlsəfə və Psixologiya kafedraları əsasında yaranmışdır. Son 10 il ərzində kollektiv tərəfindən ümumilikdə 18 ç/v.həcmində elmi nəşrlər, o cümlədən, 200 ç/v. həcmində 114 dərslik, 250 ç/v. həcmində 150 dərs vəsaiti, 200 ç/v. həcmində 140 metodik vəsait, 120 ç/v. həcmində 5 proqram, 130 ç/v. həcmində 30 elmi məqalə, 4 ç/v. həcmində 20 tezis nəşr olunmuşdur. Plana uyğun olaraq kafedrada tədris olunan fənlər üzrə proqramlar hər il yenidən işlənərək çap edilir. Kafedra tərəfindən çap olunmuş dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramları, monoqrafiyalar, elmi məqalələr və konfrans materiallrında fəlsəfə, psixologiya, məntiq ilə bağlı araşdırma materialları əks olunmuşdur. Kafedrada tədris olunan bütün fənlərin qrifli proqramları mövcuddur. Tədris olunan bütün fənlər üzrə təqvim  tematik planlar və müəllimlərin fərdi iş planları tədris standartlarına, tədris proqramlarına uyğun şəkildə tərtib olunmuşdur. Fəlsəfə və psixologiya  kafedrasında tədris olunan bütün fənlər üzrə dərslik, dərs vəsaiti, metodik vasitələr Universitetin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Kafedranın professor  müəllim heyəti tərəfindən təlimdə ən müasir metodların tətbiqi qavrama səviyyəsini artırmış, tələbə elmi  dünyagörüşünün daha da artmasına səbəb olmuşdur. Hal  hazırda kafedrada 4 nəfərdən ibarət professor – müəllim heyəti çalışır. Bunlardan 1 nəfər fəlsəfə elmləri namizədi, 1 nəfər tarix elmləri namizədi, 1 nəfər filologiya elmləri namizədi, 1 nəfər pedaqoji elmlər namizədidir. 2016-cı il sentyabrda tələbə qəbulu planının kəsirlə başa çatması ilə əlaqədar Fəlsəfə və psixologiya Tarix və Hüquq kafedralarına birləşdirilərək Humanitar fənlər kafedrası yaradılmışdı. 2018-ci il yanvarda yenidən Fəlsəfə və psixologiya kafedrası yaradıldı. Kafedraya f.e.n. dosent Məmmədov Ədalət Yüzbaşı oğlu rəhbərlik edir.

✶ İ.e.n., dos. Hüseynova Aytən Abas qızı (kafedra müdiri)

✶ F.e.n., dos. əvəzi Əkbərova Tünzalə Məmməd qızı

✶ F.e.f.d., b/m. Hüseynzadə Jalə Aslan qızı

✶ F.e.n, b/m. Qacarlı Cəmilə Qurban qızı

✶ F.e.f.d., b/m. Qurbanova Gülnarə İbrahim qızı

✶ F.e.f.d., müəl. Məmmədova Təranə İsmayıl qızı

✶ b/m. Həsənova Pərvanə Sabir qızı

✶ b/m. Məmmədova Kəmalə Cavanşir qızı

✶ b/m. Babayeva Aygün Adil qızı

✶ b/m. Fərzəliyeva Sima Murad qızı

✶ b/m. Fərzəliyeva Aidə Murad qızı

✶ b/m. Məmmədova Samirə Ikram qızı

✶ b/m. Hüseynova Reyhan Abdulhüseyn qızı

✶ b/m. Həsənova Sveta Arif qızı

✶ b/m. İsgəndərova Rəna Qulam qızı

✶ b/m. Nəzirova Ulduzə Hamlet qızı

✶ b/m. Həsənova Raifə Ələddin qızı

✶ b/m. Məmmədova Yeganə Asif qızı

✶ b/m. Mahmudova Leylaxanım Bahadur qızı

✶ b/m. Hüseynova Lalə Mübariz qızı

✶ b/m. İmranova Gülxanım Zakir qızı

✶ b/m. Kərimova çimnaz Eldar qızı

✶ müəl. Əliyeva Sevinc Arif qızı

✶ müəl. Ağayeva Vüsalə Sədrəddin qızı

✶ müəl. Zeynalova Lalə Oktay qızı

✶ müəl. İbrahimova Aygün Cəfər qızı

✶ müəl. Hüseynova İradə İsa qızı

✶ müəl. Hüseynzadə Nadirə Ənvər qızı

✶ müəl. Abbasova Müşfiqə Elxan qızı

✶ Fəlsəfə.

✶ Psixologiya.

✶ Ali məktəb pedaqogikası.

Close Menu