Haqqımızda
Azərbaycan Kooperasiya Universiteti
2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu
Yaradıldığı il: 1964-cü il
Dövlət Akkreditasıyası: ARTN-nin Akkreditasiya Şurasının qərarına əsasən Təhsil Nazirliyinin 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur.
Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri ilə ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasına (071001 nömrəli qeydiyyat №-si 137) lisenziya verilmişdir.
Çoxprofilli Universitet
Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.
Tarixçə
Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.
Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.
Ümumi məlumat
Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.
Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris – köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.
Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.
Azərbaycan Kooperasiya Universiteti 2002-ci il 08 may tarixli (məhdud məsuliyyətli cəmiyyət) və 2011-ci il 07 dekabr tarixli (Qeyri-kommersiya hüquqi şəxsinin adında edilmiş dəyişiklik) 46 nömrəli Şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində özəl ali təhsil müəssisəsi kimi Dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Kooperasiya Universiteti (AKU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya şurasının qərarına əsasən, Nazirliyin 2012-ci il 13 iyul tarixli 1361 nömrəli əmri ilə (Akkreditasiya haqqında Sertifikat: Qeydiyyat №-si -71, 16.07.2012, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə lisenziya – “071001, qeydiyyat “-si 137, 15.03.2012, əmr №411) 5 il müddətinə-2018-ci ilədək və 2018-ci il 07 sentyabr tarixli F-610 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 2018-2023-cü illər üçün təkarar 5 il müddətinə (Akkreditasiya haqqında Sertifikat:Qeydiyyat № 030, 13.09.2018) akkreditasiyadan keçmişdir.
Hal-hazırda universitetin nəzdində qeyri-dövlət “Bakl Biznes və Kooperasiya Koilleci” fəaliyyət göstərir. Ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, həmçinin orta ixtisas təhsili pilləsində ixtisaslı kadr hazırlığı aparılır.
Fakültələrimiz
İqtisadiyyat
İdarəetməMaliyyəMühasibat uçotu və sənayenin təşkiliMarketinq və menecmentEkspertiza və texnologiyaSosial iş və TərcüməQiyabi şöbəsiDoktorantura şöbəsi
Magistratura şöbəsi