Maliyyə fakültəsi


Səbinə İzzət qızı Vəliyeva- Azərbaycan Kooperasiya Universitetinin Maliyyə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

Səbinə İzzət qızı Vəliyeva 9 may 1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini bitirmiş və bakalavr dərəcəsini almışdır. 1998-2000-ci illərdə həmin Universitetin magistraturasında “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə “Xarici sərmayenin iqtisadi inkişafla əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və magistr dərəcəsini almışdır.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasına dissertant təsdiq edilmiş və 2010-ci ildə 08.00.05- “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (makroiqtisadiyyat) ixtisası üzrə “İnnovasiyanın iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsinin metodiki məsələləri” (maşınqayırma sənayesinin timsalında) mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında tam ştat müəllim, 2012-ci ildən 2017-ci ilədək həmin kafedrada baş müəllim, 2012-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Sənayenin və aqrar sahənin iqtisadiyyatı” kafedrasında 0,5 ştat vahidində əvəzçilik qaydasında baş müəllim vəzifəsində çalışmışdır.
2017-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” fakültəsində dekan, 2019-cu ildən “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrasında dosent vəzifəsində çalışır. Ölkədə və xaricdə dərc olunmuş 67 məqalə və tezisin, müxtəlif fənlər üzrə tədris proqramlarının, bir dərs vəsaitinin və bir metodiki vəsaitin müəllifidir.

Fakültədə təhsil alan tələbələrin sayı: 335

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 44

Fakültə üzrə illik dərs yükü: 13699 saat.


050406 – “Maliyyə”
050810 – “Turizm işinin təşkili”
050809 – “Turizm bələdçiliyi”
050212 – “Regionşünaslıq”


“Maliyyə və Bank işi”
“Humanitar fənlər“


VI mərtəbə, otaq 610