Marketinq və Menecment fakültəsi


Eldəniz Məzahir oğlu Məhərrəmov – Azərbaycan Kooperasiya Universitetinin Marketinq və Menecment fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

 Eldəniz Məzahir oğlu Məhərrəmov 02 sentyabr 1979-cu il tarixində Azərbaycan Respublikasının Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur.

1997-2001-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin “Gömrük işinin təşkili” fakültəsini fərqlənmə diplomu  ilə bitirmiş və bakalavr dərəcəsi almışdır. 2001-2003-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin  “Gömrük işinin təşkili” fakültəsini fərqlənmə diplomu ilə bitirərək inzibati idarəetmə istiqamətində magistr dərəcəsi almışdır. Ailəlidir, 2 övladı var.

2009-cu ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertantı olmuş, 2016-cı ildə 5312.01- “Sahə iqtisadiyyatı” üzrə “Aqrar Sahə Sahibkarlıq Fəaliyyətinin Dövlət Tənzimlənməsinin Təkmilləşdirilməsi”  mövzusunda yazdığı dissertasiyasını müdafiə etmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən “İqtisadiyyat üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

2003-2010-cu illərdə ABU-da elmi pedaqoji fəaliyyətə başlamışdır. Laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 

2010-2013-cü ildə AzETKTİ və Tİ-da aparıcı elmi işçi kimi, Azərbaycan Kooperasiya Universitetində “Kommersiya və beynəlxalq ticarət” kafedrasında 0,5 ştatında baş müəllim vəzifəsində çalışmışdır. 2018-ci ildən “Menecment və ticarət” kafedrasının dosentidir.  

2010-cu ildə  Azərbaycan Kooperasiya Universitetinin  “Kommersiya  və beynəlxalq ticarət” kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

 2013-cü ildə Azərbaycan Kooperasiya Universitetində Qiyabi şöbənin müdir müavini vəzifəsinə təyin olunmuşdur.

2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə” fakültəsinə dekan müavini vəzifəsinə təyin edilmişdir. 2018-ci ildə Azərbaycan Kooperasiya Universitetinin  “Marketinq və menecment” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 30 elmi məqalənin müəllifidir, 10 tədris proqramı, 1 monoqrafiyanın, 6 elmi-praktik konfransların tezislərinin müəllifidir.

Fakültə dekanı E.M.Məhərrəmov 2021/2022-ci tədris ilində elmlər doktorluğu hazırlığı üzrə Doktoranturaya qəbul olmuşdur.

Universitetdə işlədiyi müddətdə tələbələrə qarşı tələbkardır, işinə daim məsuliyyətlə yanaşır. Fakültəyə ümumi rəhbərlik dekanın rəhbərlik etdiyi fakultə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakultədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təminatı məsələlərinə baxır, tədris planlarının və proqramların, tədris metodiki və elmi tədqiqat işləri haqqında hesabatların, kafedraların iş planlarının, tədris və istehsalat təcrübəsinin yekunlarını müzakirə edir, kafedralarda çalışan professor-müəllim heyətinə Elmi adların verilməsi üçün Universitetin Elmi Şurası qarşısında məsələ qaldırır, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini müzakirə edir, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir.

“Marketinq və menecment” fakültəsinin dekanlığında dekan, tyutor, baş metodist çalışır. Dekan Fakültə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələbələrə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.


Fakültəyə ümumi rəhbərlik dekanın rəhbərlik etdiyi Fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təminatı məsələlərinə baxır, tədris planlarının və proqramların, tədris metodiki və elmi tədqiqat işləri haqqında hesabatların, kafedraların iş planlarının, tədris və istehsalat təcrübəsinin yekunlarını müzakirə edir, kafedralarda çalışan professor-müəllim heyətinə Elmi adların verilməsi üçün Universitetin Elmi Şurası qarşısında məsələ qaldırır, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini müzakirə edir, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir. “Marketinq və menecment” fakültəsinin dekanlığında dekan, tyutor, baş metodist çalışır. Dekan Fakültə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir. Fakültədə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir.

Fakültədə təhsil alan tələbələrin sayı: 333

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 53 (müəllim, elmlər namizədi, dosent, professor)

Fakültə üzrə illik dərs yükü: 10650


050407- “Marketinq”
050408- “Menecment”
050310- “Muzey, arxiv işi və abidələrin qorunması”
050401- “Beynəlxalq ticarət və logistika”
050506- “Coğrafiya”
050411- “Kommersiya”


“Marketinq” kafedrası
“Menecment və ticarət” kafedrası
“Kommersiya” kafedrası


III mərtəbə, otaq 314
Əlaqə nömrəsi : 561-37-04